Ana səhifə

HƏBSİN BİR ADDIMLIĞINDA OLAN ATAMBAYEV HƏDƏ-QORXU GƏLİR:“Məni ələ keçirməyə çalışsalar, atəş açacağam”

    Tarix: 29-06-2019 19:39   

Qriqori Mixaylov

regnum.ru, 28.06.2019

 

Qırğızıstanın keçmiş və indiki prezidentlərinin komandalarının qarşıdurmasının növbəti mərhələsi bitir. Bunun nəticəsi Qırğızıstanın keçmiş başçısı Almazbek Atambaeyvin uzun müddət həbsdə oturması ola bilər.

Atambayevin özü bildirir ki, ünvanına səsləndirilən bütün ittihamlar yalandır, məhkəmələr, prokurorluq və deputatlar ölkənin indiki rəhbərliyinin buyruğu üzrə hərəkət edirlər.

Elementləri əl deputatları, prokurorluq, paqonlular olan dövlət idarəçiliyini Almazbek Atambayev yaratmayıb. Ölkənin canına işləyən korrupsiya sxemlərini o, işə salmayıb. Sərhədlərdəki qaçaqmalçılıq və vergilərdən kütləvi yayınma onun dönəmində başlanmayıb. Sənaye, təhsil, mədəniyyət, elm onun dönəmində bərbad günə düşməyib. Ölkənin energetikasını infarktqabağı duruma o gətirməyib.

O, Qırğızıstana başçılıq etdiyi dövrdə yuxarıda sadalanan çatışmazlıq və özəlliklər artıq var idi. Bu, Atambayev üçün kəşf deyildi – prezidentliyədək deputat, İqtisadiyyat Nazirliyinin başçısı, baş nazir olmağı bacarıb. O, sistemin necə işlədiyini, güclü və zəif tərəflərini çox yaxşı bilirdi. Almazbek Atambaeyv onun bir hissəsi idi.

Və Almazbek Atambayev yenə də 8 il boyunca hər şeyi olmasa da, çox şeyi dəyişə bilərdi. Bu, ölkəni gözədəyər şəkildə gücləndirə və inkişafa təkan verə bilərdi.

Atambayev bunun əvəzinə Sistemi gücləndirdi və inkişaf etdirdi, effektli etdi.

Ölkədə Atambayevin dönəmində ÇXR-in yüz milyonlarla dolları sayəsində infrastruktur və energetika sahəsində bir sıra böyük layihələri gerçəkləşdirmək mümkün olub. Obyekt və yolların irimiqyaslı inşası elə-elə işə salınmayıb – bunlar gerçəkləşdirilərkən vəsaitin bir bölümü Atambayevin çevrəsindən iştirak üçün seçilmiş yerli podratçıların cibinə axıb. Eyni zamanda respublikanın xarici borcu da çoxalıb.

Atambayev prezidentlik zamanı korrupsiya ilə mübarizə üzrə kampaniyanın başlandığını üç dəfə bildirib – hər üç gözəl sözlər, əslində, boş çıxıb.

Tərifli məhkəmə islahatı baş tutmayıb, dövlət sisteminin fəaliyyətini daha da şəffaflaşdırmağa nəzərdə tutulan Müşahidə Şuraları nəsə aciz bir şeyə dönüb.

Təhsil, tibb, elm, mədəniyyət aşınmağı davam etdirib. Daha yaxşı yaşayış və qazanc axtarışı ilə ölkədən gedən qırğızıstanlıların sayı artıb. Qəbiləçiliyin öhdəsindən gəlmək mümkün olmayıb. Qabaqakı prezident Kurmanbek Bakiyevdən yeganə fərq ancaq bu idi ki, Atambayev ailəni ölkəni yönəltməyə buraxmayıb. Həlledici funksiyaları qohumların əvəzinə onun sürücüləri, cangüdənləri və ən yaxın çevrəsindən başqa personajlar yerinə yetiriblər.

Ölkə 2017-ci ilin payızına doğru böhranla üzləşib – dilinin yiyəsi olmayan Atambayev Qazaxıstan başçısı Nursultan Nazarbayevə qarşı qabalıq edib. Nazarbayevin Qırğızıstanda prezident seçkilərinin bir iştirakçısı ilə görüşü Atambayevə xoş gəlməyib. KİV-lər Qırğızıstanın Ağ Evinin buyruğu ilə sovetsonrası məkanın ən nüfuzlu liderlərindən birinin ünvanına təhqirlər ehtiva edən qara materiallar yaxmağa başlayıb.

Qazaxıstanın reaksiyası özünü gözlətməyə vadar etməyib. Astana (indiki Nur-Sultan) Qırğızıstanın iqtisadiyyatına xeyli ziyan gətirən ayyarımlıq blokada təşkil edib.

Daha bir böhran 2018-ci ilin yanvarında baş verib. Güclü şaxtalar dövründə Bişkek İES-də qəza baş verib. Milyonluq şəhər bir neçə gün boyunca donub, isitmə sisteminin məhv olmaq təhlükəsi yaranıb – bu, baş versəydi, yüz minlərlə adam əzab çəkərdi.

Hər iki böhran – Qazaxıstanla dartışma və İES-dəki qəza – sonralar  Atambayevin planlarına möhkəm zərbə vurub.

Qəza gözlənilməz deyildi – FH-nin baş verdiyi kimya sexi 10 ildən çox çürümüş və dağılmışdı. Avadanlığın və adamların çox isti havada və şaxtada açıq havada yarıuçuq binada işləməyi bəlli idi. Amma “prezidentin effektli “adamları”” Atambayev idarəçiliyinin bütün illəri boyunca belə də normal təmir aparmayıblar – qəbiləçilik, korrupsiya, energetikada genişmiqyaslı oğurluq və aşağı tarifli siyasi oyunlar buna gətirib ki, bərpa və modernləşməyə vəsait olmayıb.

 

“Varis əməliyyatı”

 

Atambayev idarəçiliyin son ilyarımında öz çevrəsinin bütün gücünü və bacarığını hakimiyyəti və öz postunu tərk edəndən sonra resurslara çıxışı   saxlamağa qoyub. Varisi özü seçib, seçkilərdə qələbəni təmin edəsi mexanizmlərin və varisin tabeliyinin necə olacağına özü qərar verib.

Belə önəmli hədəf istənilən vasitəyə haqq qazandırıb – zəmanətli nəticəyə nail olmaqdan yana “rəqibləri asfalta bürmələmək”, məhkəmələr, parlament, hüquq-mühafizə qurumları, parlament və KİV-ləri nəzarətə götürmək, kriminalitetlə anlaşmaq, kölgə fondlardan xeyli yatırım qoymaq lazım gəlib.

Səylər bəhrə gətirib – Atambayevin köhnə dostu – Sooronbay Jeenbekov 2017-ci il prezident seçkilərində qələbə çalıb. Zəfər göz qabağında idi. Almazbek Atambayev and mərasimi zamanı bildirib: “Mən inanıram ki, hörmətli Sooronbay Şaripoviç ölkəmizin gələcəyinə hamımızın birgə saldığı yolu davam etdirəcək, ölkəmizdə güclü vətəndaş cəmiyyəti ilə demokratik, açıq dövlətə kursu, barış və sabitlik kursunu sürdürəcək”.

 

Seçkilərdən sonra

 

İki ildən az keçib. Atambayev bu müddətdə öz varisi ilə tamamilə dalaşıb. Sooronbay Jeeenbekov patronun istəklərinə tabe olmaqdan imtina edib, bu da Atambayevi qane etməyib.

Nəticədə Jeenbekov da bütün gücünü keçmiş şefinə qalib gəlməyə yönəldib.

Qırğızıstanın yeni başçısı dövləti yönəltmək sisteminə yeni heç nə əlavə etməyib. O, yalnız rıçaqları öz nəzarətinə götürüb və sələfinin çalışmalarından istifadə edib (və bu, asanlıqla mənimsənməyib). Sistemə xas özəlliklərdən faydalanaraq “qaykaları bərk burub”, bəzi qeyri-loyal xadimləri “bağlayıb” və bütün gücü keçmiş şef üzərində qələbəyə yönəldib.

Atambayev pulları, nüfuzu, hakimiyyəti, tərəfdarları itirib, qabaqlar sadiqlik andı içənlərin satqınlığı ilə dəfələrlə üzləşib.

Keçən dövr ərzində Atambayevin həm ölkə içində, həm də ondan qıraqda dəstək qazanmağı praktik olaraq alınmayıb. Almazbek Atambayev indi hökumətdən asılı olan məhkəmə sistemindən, prezidentə yarınmağa hazır olan parlamentdən və satın və tabe olan jurnalsitlərdən gileylənir. Keçmiş adamlarını korrupsiya, qaçaqmalçılıq və oğurluqda ittiham edir.

Deməli, Atambayev qüsur və çatışmazlıqları təsvir etməklə  faktiki olaraq özünün 8 illik idarəçiliyinin nəticələrindən danışır.

Atambayev Qırğızıstanın tamsəlahiyyətli liderindən neçə illər boyu bəslədiyi və əzizlədiyi sistemin qurbanına çevrilib.

Almazbek Atambayevin üzləşdiyi praktik olaraq bütün problemləri özü yaradıb. Özü “qaykaları bərk burub”,korrupsiya ilə özü “mübarizə aparıb”, məhkəmələri və parlamenti özü nəzarətdə saxlayıb, indi onu təqib edənlərin qabağını ala biləcək adamları özü məhv edib. Atambayevə hakimiyyəti əldə saxlamağa yardım etməli olan sistemin elementləri siyasətçinin özünə qarşı çevrilib.

 

Sistem öz keçmiş sahibini yeyir

 

“Ağ Ev” son bir ayda Staxanov üsulları ilə Atambayevi toxunulmazlıqdan məhrum etməyə və ona münasibətdə korrupsiya və maliyyə pozuntuları daxil olmaqla 6 maddə üzrə ittiham irəli sürməyə nail olub.Almazberk Atambayev artıq ən yaxın günlərdə azadlıqdan məhrum ola bilər. Siyasətçi öz tərəfdarlarını evnin yanına yığaraq bildirib ki, indiki prezidentin legitimliyini tanımır və həbsə müqavimət göstərməyə söz verib. “Məni ələ keçirməyə çalışsalar, atəş açacağam”.

Tərcümə Strateq.az-ındır.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net