Ana səhifə

KİŞİLƏR, DİQQƏT: 3 gün sonra mütləq qadınlara qulas asın- Səbəbini məşhur astroloq açıqlayır

    Tarix: 30-06-2019 13:51   


KİŞİLƏR, DİQQƏT: 3 gün sonra mütləq qadınlara qulas asın- Səbəbini məşhur astroloq açıqlayır

İyulun 3-də tam Günəş tutulması baş verəcək.

Astroloq Səbuhi Rəhimli Cebhe.info-ya bildirib ki, Bakı vaxtilə gecə saat 01:16-da 2019-cu ilin üçüncü astronomik hadisəsi – tam Günəş tutulması olacaq:

“Xərçəng bürcünün 10-cu dərəcəsindəki məlum hadisə tam şəkildə İlin ən böyük astronomik hadisəsi kimi gözlənilən bu tutulma Sakit okeanın cənubunu, xüsusən də Çili və Argentinanı əhatə edəcək və Azərbaycandan görülməyəcək.

Tutulma məqamında Ay Qoç bürcündə olacaq. Ay bu bürcdə olanda insanlar aktivləşir, hətta aqressivləşirlər. İnsanların beyni sanki "tormozlanır" və onlar əsəbi olurlar. Belə halda əsəbiləşməmək və eqoizmdən uzaq olmaq məsləhətdir. Bu dövrdə öz işlərinizi tez bir zamanda qaydasına salın. Ay Qoç bürücündə olanda sənaye, texnika, dəmir metalı, od, mexanizm və alətlərlə məşğul olmaq məsləhətdir. Bu dövrdə çalışın rəhbərlik ilə ünsiyyətdə olun, özünüzə qiymətli əşyalar və müxtəlif avadanlıqlar alın. Uzun və çətin işləri təxirə salın. Bu zaman kəsiyində nikah bağlamaq, bir işə kapital qoymaq və müxtəlif müqavilələr bağlamaq məsləhət deyil”. S.Rəhimlinin sözlərinə görə, bu müddətdə başın və baş beynin həssaslığı artır: “Çox adam bu gündə baş ağrısından əziyyət çəkir, gözlərinin tez yorulmasından şikayət edirlər.

Buna görə də Ayın Qoç bürcündə olduğu günlərdə harayasa baxmaq tələb olunan, görməni yoran işlərdən qaçmaq, televizor və kompüter yanında keçirilən vaxtı ixtisara salmaq yaxşı olardı.

Bu vaxt kosmetik əməliyyatların aparılması - sızanaqların, qırışların, çillərin, ziyillərin kəsilməsi və s. təhlükəlidir. Ay Qoç bürcündə olanda stomatoloji kabinetlərə (xüsusilə də əgər söhbət yuxarı dişlərdən gedirsə) getmək lazım deyil”.

Tutulma “Avesta” astrologiyasına görə, 15-ci Günəş təqviminə düşür: “Bu tarixdə əsas rolu qadınlar oynadığından onu "Qadınlar günü" də saymaq olar. Belə məqamda kişilər onları eşitməlidir. Çünki qadınla mübahisə etmək, onu təhqiramiz sözlər demək Tanrıya xoş getmir. Bu gün evi yığışdırmaq, pak etmək, hamama getmək, saç və dırnaqları səliqəyə salmaq məsləhət görülür”.

Xəzər

Cebhe.info


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net