Ana səhifə

İqtisadçıdan uşaq pulu ilə bağlı – Mühüm təklif

    Tarix: 30-06-2019 17:04   

 


   
İqtisadçı alim Vüqar Bayramov uşaq pulunun bərpası ilə bağlı təklifləri hökumətə təqdim edib.
Axar.az xəbər verir ki, iqtisadçı təkliflərin bir qisminin sosial paketin bir elementi olaraq artıq qəbul edildiyini deyib.
“Nəzərə alsaq ki, əmək haqqı və pensiyalarda artım davam edir, biz pensiya amnistiyasının verilməsini təklif etmişik. Elə vətəndaşlarımız var ki, onların pensiyaya çıxış imkanlarında müəyyən çətinliklər var. Onlara amnistiyanın verilməsi və pensiyanın təmin edilməsinə ehtiyac var. Əmək haqqı artımları zamanı sektoral olaraq aşağı əmək haqqı alan sektorlarda daha çox artımların həyata keçirilməsinin tərəfdarıyıq. Rəsmi statistikaya görə, Bakı və regionlar arasındakı əmək haqqı məbləğində iki dəfəyə yaxın fərq var, ona görə də əmək haqqı artımlarının ünvanlı olaraq daha çox regionları əhatə etməsinin tərəfdarıyıq. Eyni zamanda biz, beyin mərkəzi olaraq, 17 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulan sosial ödənişlərin (uşaq pulu) mərhələli şəkildə tətbiq olunmasının tərəfdarıyıq. Güman edirəm ki, sosial islahatların bir elementi olaraq mərhələli şəkildə Azərbaycanda uşaq pulunun bərpasını müşahidə edə biləcəyik”, - iqtisadçı bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net