Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

HACI İBRAHİMİN “XƏZƏR ADALARI” ƏLİNDƏN ALINDI – “Dövlətə bağışladım…”

1-07-2019, 18:30   

 


Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə, “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı İbrahim Nehrəmli (İbrahim İbrahimov) fırıldaq “Xəzər adaları” layihəsi müsadirə olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə,İ.Nehrəmlinin milyardlıq layihəsi əlindən alınaraq millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hacı İbrahim xəbəri təsdiqləyib. O “Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını deyib:”Mən “Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu “Aqrarkredit” qeyri-bank kredit təşkilatına vermişəm. Onlar da bu ərazini millət vəkili Kamran müəllimin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçiriblər”.

Hacı İbrahim fırıldaq “Xəzər adaları” layihəsinə dövlət tərəfindən qoyulan qiyməti də açıqlayıb: “Mənim Azərbaycan Beynəlxalq Banka olan borcum buna görə bağlanıldı. Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə, mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.

Bakupost.az məsələ ilə bağlı deputat Kamran Nəbizadə ilə danışıb. K.Nəbizadə Bakupost.az-ın əməkdaşı ilə söhbətinə faktı təsdiqləyib və bildirib ki, “Xəzər adaları” layihəsi həqiqətən də onu baş direktoru olduğu şirkətə verilib. Sitat: “Bəli, xəbər doğrudur, “Xəzər adaları” “Azərbaycan Sənaye Korporasiyasının” balansına verilib. Ancaq mən sizə daha ətraflı məlumat verə bilməyəcəyəm. Əlavə məlumat üçün korporasiyanın mətbuat xidməti ilə əlaqə saxlayın. Mən isə deputat kimi başqa suallarınızı cavablaya bilərəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar