Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

MÜHARİBƏ QAÇILMAZDIR, AMMA… – Nə üçün ABŞ İranın öhdəsindən gələ bilmir?

2-07-2019, 20:31   

 



Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran İslam Respublikası (İİR) arasında hərbi qarşıdurma ehtimalı getdikcə artır.
Tehran özünün nüvə bombasını yaratmaq istiqamətində növbəti addımını atır və nümayişkəranə şəkildə zənginləşdirilmiş uran ehtiyatı limitini qaldırdığını bəyan edir. ABŞ prezidenti Donald Tramp «Tvitter» vasitəsilə İranı məhv etməklə hədələyib: «İranın Amerikaya hər-hansı aidiyyəti olana hücumu nəhəng və boğucu güclə qarşılanacaq. Bəzi sahələdə isə boğucu kəlməsi «məhv etmək» mənasına gələcək…»
Vaşinqtonun imkanlarını nəzərə alsaq, bu xəbərdarlıq xeyli qorxunc səslənir. Ancaq gerçəkdə, müharibə olacaqmı, yoxsa ki, bütün bunlar ABŞ-ın blefidir?
Ağ Evin bu təhdidlərinin reallığına şübhə ilə yanaşmağa əsas verən bir neçə amil var:
Birincisi, İran – heç də İraq deyil. İslam Respublikasının güclü ordusu, donanması var, hərbi-hava qüvvələrinə (HHQ) və raket ordusuna malikdir. İran özünün raket proqramı üzrə o qədər irəli gedib ki, sözün gerçək mənasında, ABŞ-ın aviadaşıyıcılarını məhv etməklə hədələyir.
Bundan bir qədər əvvəl Çinin hərbi eksperti Lu Yuan dərc etdirdiyi məqalədə təsdiqləyir ki, ABŞ tərəfindən olacaq mümkün təcavüzün qarşısını almaq üçün onun iki aviadaşıyıcısını batırmaq kifayətdir. Bəyanat mübahisəsiz deyil, ancaq düşünməyə də vadar edir. Bəs, əgər Tehran gerçəkdən də ölkənin sahillərinə göndərilən bir cüt ABŞ aviadaşıyıcısını dənizin dibinə göndərsə necə?
İkincisi, Tramp tərəfindən anons edilən «Yaxın Şərqə 120 min hərbçinin göndərilməsi» məsələsi özlüyündə sadə olmayan və xeyli bahalı logistik tapşırıqdır. Üstəlik də onları müntəzəm olaraq, hər şeylə təmin etmək ehtiyacı var. Başqasının əli ilə vuruşmaq isə bir fayda verməz. «Əcnəbi ordu»ya stavka etmək özünü doğrultmaz – ərəb döyüşçülərinə də ümid bəsləmək ağılsızlıq olardı…
Anti-İran koalisiyasının real tərkibi də böyük sual altındadır. Trampın bu avatüraya NATO-nu da cəlb etmək cəhdləri böyük hesabla, baş tutası deyil. Məsələn, Almaniyabu məsələdə birmənalı şəkildə sülhməramlı qismində çıxış etməyə cəhdlər göstərir. Belədə, ABŞ-dan başqa ortada Böyük Britaniya və İsrail qalır. Ciddi oyunçulardır, amma birbaşa təcavüz şəraitində İsrail öz ərazilərini raket zərbələrinə hədəf etmiş olacaq, Britaniya aviadaşıyıcıları isə digərləri kimi, sulara qərq ediləcək…
Rusiyanın mövqeyi də Vaşinqton üçün müəyyən problem yaradır. ABŞ hakimiyyəti açıq şəkildə İranı hər-hansı dəstəkdən məhrum etməyi düşünür. Bu vəziyyədə Kreml Tehranı açıq şəkildə özünün müttəfiqi adlandırıb. Bu barədə prezident Putin bəyan edib: «Biz, nə öz müttəfiqlərimizlə, nə öz maraqlarımızla, nə də öz prinsiplərimizlə alver etmirik».
Əlbəttə, Rusiyanın Müdafiə Nazirliyi İrana öz hərbçilərini göndərməyəcək. Amma ehtiyac yaranacağı təqdirdə, ən müasir S-400 komplekslərini İrana göndərə bilər. Hava hücumundan müdafiə sistemi hələ ki, İranın zəif yeri sayılır, ancaq Moskva bu problemin həlli məsələsində bu ölkəyə kömək etmək gücündədir.
Üçüncüsü, İranla müharibəyə başlamaq məsələsində hazırkı dövr Vaşinqton üçün xeyi uğursuzdur. Prezident Tramp yeni seçki kampaniyasına başlayıb. ABŞ hərbçiləri arasında qaçılmaz insan itkiləri siyasi rəqibləri tərəfindən ona qarşı istfadə ediləcək. Əgər üstəlik də ABŞ HDQ-i aviadaşıyıcısını itirərsə, Trampın reputasiyasının ncə ciddi zərbə alacağını düşünmək belə, çətin olardı…
Bütün bunları sadə dildə ifadə etsək, belə bir paradoksla üz-üzə qalarıq: Müharibə qaçılmazdır, ancaq əslində, heç kim müharibə etmək istəmir…
Hazırladı: Mirzə AĞ
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar