Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda hündürmərtəbəli binada güclü yanğın: İnsanlar təxliyə olundu

20-07-2019, 18:35   

 
Yasamal rayonunda hündürmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildiriblər ki, hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri və binanın dam örtüyünün taxta atmaları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar