Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Pivə alkoqollu içkilər siyahısından çıxarılır - Bu qərarı heç kim gözləmirdi

21-07-2019, 20:25   






Rusiyanın Sənaye və Ticarət Nazirliyi pivənin pərakəndə satışına məhdudiyyətləri yumşaltmağı təklif edib.
Bu barədə Anews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir.
Məlumata əsasən, bu, nazirliyin 2019-2025-ci illər üçün nəzərdə tutulan strateji inkişaf layihəsində yer alıb.
Nazirlik təklif edib ki, pivə alkoqollu məhsullar siyahısından çıxarılsın.
Qeyd olunur ki, bu təklifin olunmasında məqsəd pivəni bütün alkoqollu məhsullara tətbiq olunan məhdudiyyətlər siyahısından çıxarmaq üçün atılıb.

Nazirlik yaxın vaxtlarda layihəni razılaşdırmaq üçün digər orqanlara göndərəcək.
Qeyd edək ki, 2011-ci ildə pivə alkoqollu içkilər siyahısına daxil edilib. Nəticədə onu saat 23:00-08:00 radələrində qədər müddətdə satmaq qadağandır. Onu həm də həddi buluğa satmaq da qadağan olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar