Ana səhifə

Türkiyə tarixi əməliyyatın anonsunu verdi - ABŞ əndişədə...

    Tarix: 07-08-2019 10:30   


Ekspert: “Amerika Türkiyəyə başqa yol qoymayıb...”

ABŞ Türkiyənin Fəratın şərqindəki hərbi əməliyyatının qarşısını almaq üçün Suriyaya təzyiq göstərə bilər.

Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Turan Oğuz bildirib. O qeyd edib ki, Suriyada təhlükəsizlik bölgəsinin yaradılması üçün ABŞ-la Türkiyə arasında anlaşma əldə edilməyib. Buna səbəb Türkiyənin təhlükəsizlik bölgəsini 32 kilometrlik bir məsafədə yaratmaq istəyidir. ABŞ isə bunu 15 kilometrlik bir ərazidə tələb edir: “ABŞ Türkiyə ilə anlaşmasa, Dəməşqə hava məkanını bağlaması üçün təzyiq göstərə bilər. Ancaq Türkiyə tarixi ərzində Suriya sərhədinə sayca ən çox əsgər toplayıb. Bununla Türkiyə əməliyyata başlamaqda nə qədər qərarlı olduğunu ortaya qoyub. Əgər Dəməşq hava məkanını bağlayarsa, Türkiyənin bu addımı heçə sayacaq qədər alternativ variantı var”.

Türkiyə dövləti Fərat çayının şərqində qurulmuş terror yuvasına qarşı əməliyyat aparmağa hazırlaşır.

Bu barədə açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib. ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məsələ ilə bağlı Rusiya mətbuatına müsahibəsində deyib: “Suriyanın şimalında aparılması planlaşdırılan birtərəfli hərbi əməliyyatlar, xüsusilə ABŞ hərbçilərinin əməliyyat bölgəsinin yaxınında olması ehtimalı, ABŞ-ın və yerli suriyalı tərəfdaşların İŞİD-ə qarşı əməliyyatlarının davam eləməsi səbəbindən ciddi narahatlıq yaradır”.

Morqan Ortaqus bu cür əməliyyatları qəbuledilməz hesab etdiklərini qeyd edərək, ortaq yanaşmanın bir daha müəyyənləşdirilməsi üçün Türkiyəni ABŞ-la birlikdə çalışmağa çağırdıqlarını bildirib.

Türkiyənin Suriyada başlayacağı hərbi əməliyyat bu ölkənin indiyə qədər keçirdiyi ən genişmiqyaslı əməliyyat ola bilər. Əməliyyatlarda 80 minədək hərbiçinin iştirak edə biləcəyi qeyd olunur.

ÐаÑÑинки по запÑоÑÑ Politoloq ÆhÉd MÉmmÉdli

Politoloq Əhəd Məmmədli əməliyyatların Türkiyənin haqqı olduğunu söylədi: “Amerika okeanın o tayından Suriyaya əsgər yeridə bilər, 500 il ərazisi olan ölkəyə Türkiyə əsgərini yeridə bilməz? Niyə Türkiyənin Suriyaya ordu yeritməsi qəbulolunmazdır? Çünki Amerika belə istəyir? Amerika anlamalıdır ki, artıq onların qəbulolunmaz ritorikasının Türkiyəyə dəxli yoxdur. Daha Türkiyə nə vaxt hara girəcəyini heç kəsdən soruşmayacaq. Artıq Ankara Vaşinqtonu və Moskvanı xəbərdar edib ki, Fəratın şərqində hərbi əməliyyatlara başlayacaq. Bu əməliyyat Türkiyə üçün PYD-YPQ-PKK-nın sonunu gətirmək üçün çox əhəmiyyətlidir. Son illərdə PKK sarsıdıcı zərbələr alıb. Bu sarsıdıcı zərbələr siyasi müstəvidə də davam etdi. Son seçkilərdə cənubi-şərqi Türkiyədə PKK tərəfdarları ən az səs aldılar. İndi bu terror təşkilatının əsas dayaqları Şimali Suriyada yerləşir. Şimali Suriyada böyük ərazilərə nəzarət edirlər. Təbii ki, bütün bunlara ABŞ-ın açıq dəstəyi nəticəsində nail olublar. Türkiyə sərhədində belə bir terror təşkilatının mövcud olması yolverilməzdir. ABŞ 10 min silah dolu tırı YPQ-PYD terror təşkilatına yollayıb. Bunun fotofaktlarından tutmuş videogörüntülərinə qədər sübutları var. Bu bir balaca ölkənin ordusunun silahı deməkdir. Amerika Türkiyəyə başqa yol qoymadı. Firatın şərqinə hərbi müdaxilə qaçılmazdır. Türkiyə ilə sərhəddə kürd dövlətinin qurulmasına imkan vermək qətiyyən olmaz. ABŞ-İsrailin Yaxın Şərqdə müstəqil Kürdüstan projesinin həyata keçməsinə Türkiyə ordusu imkan verməyəcək. ABŞ və İsrailin də narahatlığı məhz budur. Türkiyə Firatın şərqində aparacağı antiterror əməliyyatı ilə ABŞ və İsrailin Yaxın Şərq projesini məhv edəcək. Düşünmürəm ki, YPQ-PYD-yə görə ABŞ Türkiyə ilə açıq qarşıdurma mərhələsinə keçsin.

Artıq təhlükəsizlik zonasının yaranması danışıqları gedir. Fikrimcə, ABŞ fakt qarşısında qalandan sonra Türkiyə ilə bu məsələdə razılığa gələcək. Aydın məsələdir ki, Amerika kommunist eşkiyalarına görə önəmli hərbi müttəfiqi Türkiyə ilə müharibə edən deyil. İŞİD təhlükəsi ABŞ üçün bir bəhanədir. İŞİD-in artıq heç bir təhlükəsi qalmayıb. Onlara ən böyük zərbəni Türkiyə vurub. İŞİD-ə qarşı yeganə quru hərbi əməliyyatı aparan ölkə Türkiyə olub. Türkiyə ordusu olan yerdə İŞİD-in möhkəmlənməsi mümkünsüzdür. YPQ də, İŞİD də hamısı Amerikanın məhsullarıdır. Amerikanın bir sözü kifayətdir ki, İŞİD də, YPQ də geri çəkilsinlər. Amerika müsəlman coğrafiyasında Kürdüstan adlı ikinci İsrailin qurulmasında maraqlıdır. Sadəcə, bu dəfə qura bilməyəcəklər. Çünki qarşılarında əldəqayırma ərəb ölkələri deyil, türk dövlətidir. Bu cür əməliyyatları keçirmək heç vaxt gec deyil. Türkiyə dövləti bu cür addımlar atmazdan əvvəl ölçüb-biçir, sonra qərara gəlir. Görünür, hərbi əməliyyat üçün indi daha məqsədəuyğundur. Türkiyə Amerikaya hərbi birləşməsini Firatın şərqindən çıxartmaq üçün maksimum vaxt verdi. Türkiyə hər şey etdi ki, Amerikaya heç bir bəhanə verməsin. Artıq heç bir bəhanə qardaş ölkəni verdiyi qərardan geri çəkindirən deyil”.

Politoloq Türkiyənin əməliyyat üçün qarşısındakı əngələ də toxundu: “Türkiyənin Firatın şərqində antiterror əməliyyatı keçirməyinin qarşısını alan yeganə qüvvə ABŞ-dır. Məhz ona görə də bu əməliyyat uzandı. Fikrimcə, artıq Türkiyə üçün qırmızı xətdir. Və bu qırmızı xəttin üstündə ABŞ-ın belə durması PKK-çıları Türkiyə ordusunun tokatından xilas edə bilməyəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net