Ana səhifə

Paşinyan 4 adamını Qarabağa göndərdi - Məqsəd nədir?

    Tarix: 07-08-2019 17:03   

 


   
Ermənistan Baş naziri Nikol Paşinyan müavini Tiqran Avinyan və diaspor işləri üzrə baş komissar Zare Sinanyanı Qarabağa ezamiyyətə göndərib.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb. Məlumata görə, 3 gün davam edəcək ezamiyyətdən sonra Avinyan və Sinanyan səfərləri barədə ona hesabat verməlidirlər.
Paşinyan bu şəxslərdən bir gün öncə isə özünün mətbuat katibi Vladimir Karapetyanı, protokol xidmətinin rəhbəri Vahe Akopyanı və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı da Ermənistanın Sünik vilayətinə və Qarabağa ezamiyyətə göndərib. Onların da səfərlə bağlı baş nazirə hesabat verəcəyi bildirilib.
Paşinyanın 4 siyasətçini hansı məqsədlə ezamiyyətə göndərdiyi açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə Paşinyan Qarabağda olub və Xankəndidə "panerməni oyunları"nın açılışında iştirak edib. Üstəlik, o, Xankəndidə mitinq təşkil edərək, Qarabağın Ermənistana birləşdirilməsi gərəkdiyini deyib.
Bu hadisədən öncə isə Armen Qriqoryan Qarabağa Ermənistandan 3-cü avtomobil yolunun çəkiləcəyini və bu yolun Qafanın yerləşdiyi Sünik vilayətindən keçəcəyini bildirib. Sonradan Paşinyan hökumətinə yaxınlığıyla seçilən “1in.am” Qriqoryanın bu açıqlamasının həqiqəti əks etdirmədiyini bildirsə də, rəsmi şəxslər bunu indiyə qədər təkzib etməyiblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net