Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda xanım vəkil zavod direktorunun yarım milyonunu "yeyib" - "Ali Məhkəmənin sədri ilə Davosda görüşəcəm..."

9-08-2019, 20:51   


Bakıda xanım vəkil zavod direktorunun yarım milyonunu

Bakıda xanım vəkil külli midarda pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Criminal.az saytına verilən məlumata görə, Vəkillər Kollegiyasının üzvü, 5 saylı vəkil bürosunun üzvü Lətifə Kərimova müştəriləri, ''Azproff'' zavodunun iranlı rəhbəri olan Əkbər Rza və Hüseyn Rza qardaşlarının 500 min manat pulunu aldadaraq ələ keçirib.
Xanım vəkil qardaşlardan mülki işi Ali Məhkəmədə onların xeyrinə rədd etdirəcəyi vədini verib. Hətta müştərilərini işi həll edəcəyinə əmin etmək üçün ''Ali Məhkəmənin sədri Ramiz Rzayevlə Davosda görüşüb söhbət edəcəm'' deyərək inandırıb.
L.Kərimovadan Vəkillər Kollegiyasına iranlı müştəri şikayət edib. Kollegiyanın intizam komissiyası vəkilin intizam pozuntusuna yol verməməsi barədə rəy verib. Rəyasət Heyəti isə komissiyanın rəyi əsasında vətəndaşın şikayətin rədd edib.
Əldə etdiyimiz məlumata görə, artıq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində L.Kərimova barəsində cinayət işi başlanıb. 
"Kim bu şaiyəni yayıbsa ayıb olsun"
L.Kərimova Criminal.az saytına açıqlamasında belə bir faktln olmasını əvvəl təkzib etsə də, sonradan müştərilərinin ondan şikayətçi olmasını etiraf etdi: "Həmin iranlıların bütün işlərini məhkəmədə udmuşam. Vəkilliyimi layiqincə yerinə yetirmişəm. Həmin iş 4 il əvvəl olub. Kim bu şaiyəni yayıbsa ayıb olsun. Şikayət edən Əkbər Rzanın işinə baxmamışam. Onun qardaşı Hüseyn Rzanın işinə baxmışam. Bu işdə qardaşların işini məndən almaq istəyənlərin marağı var. İş Ali Məhkəməyə getməlidir. Mən bir işə qalib gəlirəm, qarşı tərəf şikayət verir. Buna mən nə edim? Məndən şikayət edən qarşı tərəfdir, cavabdehdir. İşdə qardaşlardan biri iddiaçıdır, o biri cavabdehdir. Az-proff zavodu qardaşların əmlakı deyil. Hüseynin qardaşı təsisçidir, direktor isə İdris Məmmədovdur. Həmin zavodda ölüm oldu, iki nəfər müqaviləsiz işləyən uşaqlar öldü. Hazırda zavod rəhbərliyi barəsində Binəqədi Prokurorluğunda cinayət işi var, mənim barəmdə yox. Əmək müqaviləsi olmadan adam işlədiblər. Gecə işləyən zaman işıqlar sönüb, hamamda iki nəfər dəm qazından boğulub''.

"Məni Anar Bağırov da tanıyır və bilir ki, necə işləyirəm"
L.Kərimova deyir ki, bu işdə maraqlı olan vəkillərin öyrətməsi ilə Əkbər Rza Vəkillər Kollegiyasına şikayət etmişdi. Vəkilin sözlərinə görə, İntizam Komissiyasında araşdırma getdi və intizam pozuntusu olmadığı barədə qərar verildi:

''Vəkillər işi məndən alıb qazanmaq istəyirlər. Onlar pula görə həşr şeyə gedirlər. Məni Anar Bağırov da tanıyır və bilir ki, necə işləyirəm. 21 yaşından məhkəmələrdə işləmişəm. 1993-cü ildə Nehrəmdə siyasi dustaqlarla işləmişəm. Özləri o qədər çirkab içərisindədirlər ki.. Mən işi götürəndə iranlı qardaşlardan qəbz almışdım ki, iş bitəndə mənə bu qədər qonarar verəcəksən. 45 faizlə işə girmişdim. Danışmışqdıq ki, 50-100 min arası mənə pul çatmalı idi. Şikayətdə yazıblar ki, guya mən demişəm ki, bizim məhkəmələr pulsuz işə baxmır. Guya məhkəməyə vermək adı ilə onlardan külli miqdarda pul almışam. Evlərinin satdırıb onları kirayə saldırdığımı yazıblar. Adamı şərləmək üçün hər şey yazıblar. Mənimlə bağlı şikayətdə 350 min manat pul aldığım qeyd olunmudu. Kollegiyada şikayətçiyə sula verdilər ki, bu qdər pulu hardan almısan? Soruşdular ki, bu qədər pulu nə üçün vermisən? İki qardaşın bir-biri ilə problemi var, amma mən öz işimi görürəm. Kollegiyada məndən şikayət ərizəsini hansı vəkilin yazdırdığını üzlərinə dedim. Bu iş qaymaqdı. Məqsədləri əlimdən çıxarıb qanararı özləri götürmək istəyirlər''-deyə L.Kərimova qeyd edir.

"Səsim yazılan telefon söhbətimdə demişəm ki, Ali Məhkəmə pul götürmür də..." 
Xanım vəkil deyir ki, vəkillərin təşəbbüsü ilə qarşı tərəf onun səsini yazıb: "Səsim yazılan telefon söhbətimdə demişəm ki, Ali Məhkəmə pul götürmür də. Götürsəydi nəsə edərdik, almırlar də... Mənə deyirlər ki, gedin danışın Ali Məhkəmə ilə.. Həmin səs yazısı da kollegiyada intizam komissiyasında qulaq asıldı. Səs də heç mənim səsimə oxşamırdı. Günahım yoxdursa niyə qaçmalıyam?  Məhkəmə işi geri qaytarır ki, tərəflər kompramisə getsinlər, amma razılaşmırlar. 500 min pul almaq olar? Adamın 10 manat borcu olanda özünü asır... Bu işdən 3-4 il keçib, indi ayılıblar? Onlar mənə borcludurlar... Mənim evim bu dəqiqə ipotekadadır. İmkanım olmayıb ev almağa. Amma mənə quyu qazan vəkillər villalarda yaşayırlar. Uşaqlarıma haram tikə yedirtməmişəm. Təəssüflər olsun ki, məndə olan qeyrət bəzi kişilərdə yoxdur. Ayıb olsun mənim həmkarlarıma. Sərdlə də söhbət etmişəm, dedi ki, mən Lətifə xanımı yaxşı tanıyıram. Sədr işimə baxıb və mənlə bağlı obyektiv qərar qəbul ediblər. Binəqədi polisi cinayət işinin başlanması ilə bağlı rədd qərarı çıxarılıb. Heç maraqlanmıram, hər adam elə cinayət işi başlayırlar?''.  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar