Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Relax” insidenti: deputatın oğlu həbs edildi - Video

19-08-2019, 16:29   

 


   
10:45
Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.
Anaxeber.ifo APA-ya istinadən xəbər verir ki, ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.
Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.
Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.
***
"Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydüyünə görə Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı haqda məhkəmə qərar çıxarıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Mirhəmid Nərimanlı 3 aylıq həbs olunub.

[media=//www.youtube.com/watch?v=HAsN5KTW5uI]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar