Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

KQB Qorbaçovu niyə devirə bilmədi? – 28 illik tarix

19-08-2019, 16:39   

Bu gün – 19 avqust SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovu devirməyə qalxmış QKÇP adlı bir qurumun hakimiyyəti öz əlinə aldığını elan etdiyi gündən 28 il ötür.

Bu sözləri politoloq Erkin Qədirli deyib. O bildirib ki, QKÇP-nin elan olunmuş məqsədi SSRİ-ni qorumaq, onu saxlamaq idi:

“Onların yanaşmasına görə, Qorbaçov SSRİ-ni dağıdırdı. Qorbaçovun SSRİ-ni dağıtmaq kimi bir məqsədinin olması ilə bağlı gümanın özü yanlış olsa da, fakt odur ki, Qorbaçovun gördüyü işlərin nəticəsində SSRİ dağılırdı (dağıldı da). Amma burada Qorbaçovun gördüyü işlərlə SSRİ-nin dağılma səbəblərini eyniləşdirməyin doğru olmadığını da unutmamalıyıq. Bununla belə, Qorbaçovun siyasəti kökündən yanlış olub, QKÇP də buna görə onu devirməyə qalxdı”.

Politoloq bildirib ki, QKÇP-də birləşənlər önəmli vəzifələri tutmuş adamlar olub:

“Aralarında, SSRİ-nin vitse-prezidenti, müdafiə naziri, daxili işlər naziri, KQB sədri kimi şəxslər vardı. Onlar Qorbaçovu Krımda istirahət etdiyi Foros kurortunda faktiki həbs etmişdilər. Buna baxmayaraq, çevriliş alınmadı. Maraqlıdır ki, çevrilişin qarşısını almaqda Qorbaçovun heç bir rolu olmayıb. Əsas işi Boris Yeltsin gördü. Qorbaçovun da, SSRİ-nin də mənəvi gücü qalmamışdı. Hakimiyyətin mənəvi gücü qalmayanda ortaya fiziki güc qoysa belə, özünü qoruya bilmir.

Qorbaçovu yıxmağa girişmiş adamların hamısında fiziki güc vardı, amma fiziki güc yetərli olmadı. Onu devirmək istəyən adamların mənəvi gücü yox idi. Ümumiyyətlə, həmin vaxt nə Qorbaçovda, nə QKÇP-də, nə də SSRİ-nin özündə mənəvi gücü qalmışdı”. (axar.az)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar