Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Vahid Tarif Cədvəli üzrə maaşlar necə hesablanacaq? - Nazirliyin əmək siyasəti şöbəsinin müdiri ilə VİDEOMÜSAHİBƏ

21-08-2019, 19:19   


Sentyabr ayının 1-dən etibarən minimum əmək haqqı 250 manat olacaq. Belə ki, prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli, 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikada minimum aylıq əməkhaqqının məbləği artırılaraq, 180 manatdan 250 manata çatdırılacaq.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq, həmin işçilər üçün yeni VTC təsdiq edilib.

Əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Yeni VTC-də tarif (vəzifə) maaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu, VTC-nin tətbiqinə  1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

2.jpeg (114 KB)

Qeyd olunan bütün bu yeniliklərlə bağlı hazırda vətəndaşlarda kifayət qədər suallar var. VTC-nin dərəcələrinin necə müəyyənləşməsi, kimlərin maaşının hansı dərəcə ilə hesablanması hər kəsi maraqlandırır. 

Musavat.com olaraq, bu durumu nəzərə alıb, vətəndaşları maraqlandıran suallara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun yardımı ilə cavab tapmağa çalışdıq. Nazirlik rəsmisi ilə videomüsahibəni izləməklə, həm özəl, həm də dövlət sektorunda çalışanlar sentyabr ayının 1-dən maaşlarının nə qədər artacağını və bunun hansı yolla hesablanacağını hesablaya bilərlər.

Daha ətraflı təqdim etdiyimiz videomüsahibədən izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA,
Məğrur SALMANOV,
Musavat.com


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar