Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İRANIN 2 PLANI:"qorxulu Tehran" Körfəz ölkələrinə Şərq ATƏT-i yaratmağı təklif edir

21-08-2019, 21:30   

Cavad Heyranniya

“Mehrnews”, 20.08.2019

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regional və bölgədənkənar səfərində İranın tənzimləmə planını və onun tətbiqi səylərini ətraflı təqdim edib.

Zərifin Küveytə səfəri və Küveyt rəsmiləri ilə görüşü İranın Fars körfəzi bölgəsinin təhlükəsizliyinə dair mövqyini bir daha təsdiqləyib.

O, Küveytin vəliəhd şahzadəsi Nəvvab Cabir əs-Sabahla “Regional Dialoq” mövzusunda müzakirələr aparıb.

Cavad Zərif Finlandiyaya səfəri zamanı bildirib ki, rəsmi Helsinkinin keçmişdə Fars körfəzi üzrə dialoqa dair bir planı olub və o, demək olar ki, İranın təklif etdiyi kimidir. “Finlər həmişə bu məsələyə maraq göstəriblər”.

Əslində, Fars körfəzində təhlükəsizliyə dair incə planlar iki şəkildə həyata keçirilir. Biri – “Regional Dialoq”, digəri – “Təcavüz etməmə Paktı”.

Bu iki sxem Karl Döyçün (çex mənşəli alman sosioloq-konfliktoloqu – tərc.) təklif etdiyi “plüralist təhlükəsizlik birliyi”nə bənzəyir: hakim hökumətlər münasibətlərində müharibəni tətbiq və onu hətta mümkün hesab etmir.

İranın planı hazırkı kontekstdə ideal və Körfəzin təhlükəsizliyi üçün bölgədəki bütün ölkələrdən inam tələb edən məqbul təklifdir.

Əslində, hər iki sxem bir-birini tamamlayır. “Təcavüz etməmə” planı yüksək səviyyəli dialoqa çağırır. Yəni təhlükəsizlik paktı müharibənin qarşısını almaq məqsədi daşıyır və bölgədəki ölkələr müharibəni öz problemlərinin həlli olaraq görmürlər.

Bu müqavilə, texniki problemləri və aşağı təzyiqli siyasəti vurğulayan “funksional” məktəbin trendinə zidd olsa da, güclü və etibarlı bir mesaj çatdırmaq üçün Fars körfəzinin hazırkı durumunda zəruri və etibardoğurucu siqnaldır.

“Təcavüz etməmə Paktı” tamamlanma mərhələsindədir, “Regional Dialoq” da onun əsaslarını möhkəmləndirə bilər. Çünki özlüyündə “Təcavüz etməmə Paktı” bölgədəki qarşıdurmanın qarşısını ala bilməz.

Professor Svit Hanterin sözlərinə görə, “digər şərtlər və mülahizələr öhdəlikləri pozduqda, qarşıdurmaların qarşısını almaq üçün ölkələr arasındakı möhtəşəm müqavilələr tarixən təsirli olmayıb”. “Bunlardan ən əhatəli və dolğunu Birinci Dünya müharibəsindən sonra bağlanmış 9-cu Brayan-Kelloqq Müqaviləsi idi. Təcavüz etməməyə dair paktların məqsədi – müharibəni beynəlxalq mübahisələrin həlli üçün bir vasitə kimi görməməkdir.

Başqa bir təcavüz etməmə müqaviləsi nasist Almaniyası ilə keçmiş Sovet İttifaqı arasında bağlanmış uğursuz müqavilə idi və Hitlerin keçmiş Sovet İttifaqına hücumu ilə ləğv edildi”.

Hanter əlavə edib: “Bu cür müqavilələrin pozulmasının səbəbi beynəlxalq birliyin hələ də güc və təhlükəsizlik təhdidi hərəkətləri hesablamaları ilə idarə edilməsidir. Əslində, dövlətlərin səlahiyyətlərini həyata keçirməsi haqqında qanuna riayəti təmin edən həqiqi beynəlxalq hüquq sistem yoxdur”.

“Təcavüz etməmə Paktı”na nail olmaq üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏM) modeli yaxşı nümunə ola bilər. Əslində, Helsinki Sazişi Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Avropa Komissiyasının (ATƏM), daha sonra isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yaranmasına səbəb olub.

Helsinki Paktı, ön şərt olmadan NATO və Varşava Paktı ölkələrinin Avropada birlikdə masa arxasında oturub, təhlükəsizlik problemlərini müzakirə edə biləcəyi bir prosesə təməl yaradıb.

Bu müqaviləni izləyən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı suverenlik hüququna hörmət, güc tətbiq edilməməsi, sərhədlərə və ərazi bütövlüyünə hörmət, mübahisələrin sülh yolu ilə həlli və digər ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplərə əsaslanır. Üstəlik, bir masa ətrafında oturub təhlükəsizlik problemlərini həll etməyin qeyri-zorakı yollarına dair müzakirə aparılmasını.

“Təcavüz etməmə Paktı” texniki məsələlərə və aşağı təzyiq siyasətinə əsaslanan “aşağıdan yuxarıya” etibarlı bir mexanizm yaratmağı tələb edir. Bu məqsədlə, “Regional Dialoq”da iştirak edən bütün bölgə ölkələri (Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvləri, habelə İran və İraq) məsələlərin müharibə yolu ilə həll edilməməsini və bir-birinin daxili işlərinə qarışmamanı təmin etməlidir. Təhlükəsizlik çərçivəsi Barri Buzanın (ingilis-Kanada politoloqu – tərc.) “təhlükəsizlik kompleksi” modelinə əsaslanaraq, mütəsna şəkildə yalnız Körfəzin təhlükəsizliyinə yönəldilməli və Körfəzdə olmayan təhlükəsizlik işləri üçün bu mexanizmdən istifadə edilməlidir.

Çərçivə hərtərəfli olmalıdır və yalnız İran, İraq və KƏŞ ölkələrini əhatə etməlidir. Bu çərçivəyə kənar ölkələrin daxil edilməsi bütün üzvlərin təhlükəsizliyinə səbəb olmur.

ABŞ-ın bu təhlükəsizlik çərçivəsindəki roluna gəlincə, əvvəlcə müttəfiq ölkələrdən ABŞ-la hərbi və təhlükəsizlik əlaqələrini kəsmələri ideal olardı. Etibar yaratmaq kifayətdir və qorxutma olmadıqda, bu doğru seçimdir.

Buna görə də, Fars körfəzi bölgəsinin təhlükəsizliyi sonda İran planı ilə reallaşacaq. ABŞ-ın hazırda bölgədə hazırladığı plan, dəniz koalisiyasının formalaşdırılması da daxil olmaqla, Körfəz məsələsini daha da beynəlxalq hala gətirərək, bölgənin təhlükəsizliyini Dəməşqdən Bab əl-Məndəb boğazına qədər bağlayacaq, bölgədə digər ölkələrin də mövcudluğunu təmin edəcək. Bu, bölgədə gərginliyi artıracaq və daha çox inamsızlığa səbəb olacaq.

Xarici güclərin rolunu qabardan Rusiya planı da “nəzarət müddəti və say” məsələsinə görə daha çox şəffaflıq tələb edən ikibaşlı təklifdir.

Əvvəlcə İngiltərənin, daha sonra Fransa və Almaniyanın irəli sürdüyü Avropa planı da Fars körfəzində bölgədənkənar güclərin mövcudluğunu təsdiqləyir.

Küveytin vəliəhd şahzadəsi Nəvvaf Cabir əs-Sabah əbəs yerə demir: “Biz və siz bu bölgədə qalacaq və yadelllilər isə əvvəl-axır çıxıb gedəcəklər”.

Deməli, qeyri-bölgə ölkələri varlığının israrı yalnız bölgənin qaynaqlarını talan edəcək və… inadkarlıq və təşviş göstərməklə, bölgənin gələcək düşmənləşmə prosesini daha da körükləyəcək.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar