Ana səhifə

ZİYA MƏMMƏDOVUN GÖYDƏLƏN OFİSİ SÖKÜLÜR – FOTOLAR

    Tarix: 07-09-2019 13:25   

 




Rəşid Behbudov küçəsində keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olduğu bildirilən çoxmərtəbəli ofis sürətlə sökülür.Qaynarinfo xəbər verir ki, 1 saylı İqtisad Məhkəməsi və Nəsimi rayon prokurorluğunun yaxınlığında, Bakıxnov küçəsi 42 ilə paralel yerləşən, müasir tələblərə cavab verən binanın söküntü işlərinə üç gündür start verilib.
Söküntü işi üçnövbəli iş qrafiki ilə aparılır.
Söküntüsü aparılan bina özəlliyi ilə fərqlənirdi. Binanın damında eyni anda iki helikopterin enə biləcəyi meydan vardı. Elə söküntüyə də helikopter meydançasının səbəb olduğunu iddia edənlər var.
Məlumata görə, 2010-cu ildə istifadəyə verilən binada Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbətlik etdiyi ZQAN holdinqin əsas ofisi və holdinqə aid olan törəmə şirkətlər, eləcə də ayrı-ayrı icarədar holdinq və şirkətlərin də ofisləri yerləşirdi.
Söküntüyə rəhbərlik edən növbəli briqadaların birinin iş icraçısı binanın təcili və sürətlə sökülməsi tapşırığını aldığını bildirib.

Müstəqil.az
 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net