Ana səhifə

Ziya Məmmədovdan Siyavuş Novruzovun ittihamlarına REAKSİYA

    Tarix: 07-09-2019 14:51   

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və istefaya göndərilmiş şəxslərin ünvanına sərt ittihamlar səsləndirib.

Millət vəkili sabiqləri mövqesizlik nümayiş etdirməkdə suçlayıb.

 Sfera.az səsləndirilən ittihamlarla bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi yaradıb.

Sabiq nazir əməkdaşımıza qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

Xatırladaq ki, S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək onları xaricdə hakimiyyət əleyhinə fəaliyyət göstərən mühacirləri maliyyələşdirməkdə də ittiham edib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net