Ana səhifə

AŞPA məruzəçisi siyasi məhbusları ziyarət edib

    Tarix: 10-09-2019 09:07   
 
AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruəzçisi Torhildur Sunna Evarsdottir 5-7 sentyabr tarixlərində Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra məhbusla görüşüb.
Xüsusən, o, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Əfqan Muxtarlı, “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə, onun köməkçisi Abbas Hüseynov və Səid Dadaşbəyli ilə görüşüb.
Siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə işçi qrupun üzvü, araşdırmaçı jurnalist Xədicə İsmayılova Turan-a bildirib ki: “Məruzəçinin siyasi məhbus probleminin həllinə sistemli yanaşması olduğu hiss olunur”.
İsmayılovanın sözlərinə görə, Evarsdottir azad edilən siyasi məhbusların yerinə başqalarının həbs edilməsi kimi pis təcrübəyə son verilməsi zərurətini başa düşür.
Məruzəçinin səfərin yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir.
AŞPA məruzəçisi səfər çərçivəsində Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirib.
Azərbaycan hüquq müdafiəçilərinin son məlumatına görə, ölkə həbsxanalarında 120-yə yaxın siyasi məhbus saxlanılır.
Bazar ertəsi axşam saatlarında Avropa Şurasının saytında məruzəçinin səfərinin yekunları haqqında məlumat yerləşdirilib.
Məlumatda qeyd edilir ki, səfər səmərəli keçib, gələcək hesabat üçün yaxşı zəmin yaranıb.
“Ümid edirəm ki, ilin sonuna qədər hesabat Avropa Şurasının Hüquq Komitəsinə təqdim ediləcək”, deyə Torhildur Sunna Evarsdottir qeyd edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net