Ana səhifə

SON DƏQİQƏ: Ukraynada silsilə partlayışlar BAŞ VERDİ – VİDEO

    Tarix: 11-09-2019 17:04   

Ukraynanın Vinnitsa vilayətində orduya məxsus silah anbarında silsilə partlayışlar baş verib. Şahidlər ərazidə azı 6 partlayış səsi eşidiblər.

Yerli mənbələr xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı ölən olmayıb. Yaxınlıqdakı tikililərə ciddi ziyan dəyib. Müdafiə Nazirliyinin açıqlamasına görə, hadisənin baş verdiyi silah anbarında təkrar emal üçün nəzərdə tutulmuş hərbi sursatlar saxlanılıb.

Şahidlər partlayışlardan əvvəl ərazidə yanğın baş verdiyini irəli sürüblər. Hadisənin səbəbləri araşdırılır.  /Redaktor.az/

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net