Ana səhifə

NEFT UĞRUNDA III DÜNYA SAVAŞI BAŞLANIB:Səudiyyə Ərəbistanı özünün başlatdığı dəhşəti dayandıra biləcəkmi? – Araşdırma

    Tarix: 18-09-2019 18:38   

 

Billmon

svpressa.ru, 18.09.2019

 

Yəmənin hüsi güclərinin nəzarət etdiyi on pilotsuz Səudiyyənin iki böyük neft qurğusuna zərbə vurub və bir neçə böyük yanğın törədib. Əbkaikdəki neft emalı zavodu “Aramco”nun Dəhrandakı mənzil-qərargahından 60 km cənubi-qərbdə yerləşir. Bu yığım və hazırlıq məntəqəsi dünyanın ən böyük qitə yatağı fövqəlnəhəng “Həvar”ın neftini emal edir və dünyanın Huəymədəki ən böyük dəniz neftsüzmə kompleksi Rəs Tənnurə terminallarına ixrac edir. Buradan habelə krallıq üzərindən qərbə Qırmızı dənizin ixracat terminallarına neft vururlar. Əbkaikdəki neft-qaz hazırlığı qurğusu dünyanın ən böyük zavodudur. O, Səudiyyə Ərəbistanının neft-qaz infrastrukturunun mərkəzində yerləşir.

Əbkaik gündə 6,8 milyon barrel xam neft emal edir. Səudiyyə Ərəbistannda hasil edilən neft və qazın üçdə ikisindən çoxu ondan keçir. Gen-bol uçub dağılan obyektin hansı hissəsinin məhv edildiyi hələlik aydın deyil.

İkinci hədəf 190 km cənubi-qərbə doğru Hurəysə yaxınlığındakı neft hazırlığı qurğusu idi. O, ölkənin ikinci ən böyük neft yatağının hüdudlarında yerləşir. Hər iki qurğu Yəməndn 1000 km-dən artıq məsafədə yerləşir.

Səudiyyə Ərəbistanı neft obyektlərini cənubdan hücumlardan qoruyacaq HHM vasitələrinə malik deyil.

Səudiyyə Ərəbistanının Əbkaik ətrafında şənbə günü vurulmuş neft obyektlərindəki hava müdafiə vasitələri çoxsaylı videolarda əks olunub. Pilotsuzlar RAS-2 diapazonu hüdudlarında, amma Hawk diapazonundan kənarda olub. Tamamilə mümkündür ki, alçaqdan uçan, ya da kiçik ölçülü dronlar və (onların qayrıldığı) kompozit materiallar aşkarlanmadan yayınmağa yardım edib.

RAS-2 ABŞ-ın hava hücumundan daha köhnə, kiçik pilotsuzları, yaxud qanadlı raketləri “görə” bilməyən müdafiə sistemidir.

Sputnik təsvirləri Əbkaikdən uzanan xeyli tüstü göstərir. Tüstü əlavə dörd neft bazasından qalxır, amma bu, neftin indi zəruri olan qəza yandırılmasından ola bilər, çünki “axından aşağı” emal gücü bloklanıb, ya da məhv edilib.

Səudiyyə Ərəbistanı bildirib ki, yanğınlar nəzarət altındadır. Video təsdiqləyir ki, bu, davam edir.

Gecə obyektin ətrafında yerdə çəkilmiş videoçarxlardan birində pilotsuzun mühərrikinin, sonra isə partlayışın uca səsini eşitmək olur. Başqa videoçarxlarda avtomat atəşləri eşidilir. Ehtimal ki, bu, qvardiyaçıların dronları vurmaq cəhdi idi.

Lakin, ola bilsin, pilotsuzlar hadisənin yeganə səbəbi deyildi. Kuveyt balıqçıları dünən axşam qanadlı raketin, ya da İraqdan uçan hansısa pilotlu reaktiv, ya da pilotsuz təyyarənin səsini qeydə alıblar. Səudiyyə Ərəbistanında yerdə tapılmış qırıqlar, görünür, sovet dövrünün X-55 qanadlı raketinə, yaxud bu layihənin İran surəti “Soumar”a aiddir. Ehtimal ki, husilər İranın oxşar quruluşlu qanadlı raketlərini göstəriblər. Avqustda Səudiyyənin  neft qurğularına hücumdan sonra ittihamlar meydana çıxıb ki, hücumlardan, ən azı, bəziləri İraqdan həyata keçirilib. İran bu hücuma qatılmaqda ittiham olunub. Bu, az ağlabatan səslənir, amma ağlagəlməz deyil.

Avqustdakı bu həmlə Səudiyyə Ərəbistanının Yəmənə qarşı savaşında həllledici addım idi. O zaman yazdığımız kimi: “Səudiyyə Ərəbistanı Yəmənlə savaşı tam uduzub. Husilərinn Yəməndə əldə etdikləri silahdan onun müdafiəsi yoxdur. Bu silah səudiyyəlilərin iqtisadi həyatını təhdid edir”.

Səudiyyə Ərəbistanı bu pilotsuzlar vasitəsilə kütləvi hücumları durdura biləcək nəyəsə sahib deyil. Səudiyyənin neft qurğularını qorumaq üçün Rusiya istehsalı yüzlərlə “Zireh-S1” və “Fıstıq” hava hücumundan müdafiə sistemləri gərəkdir. Hətta fərq etməz, onların dəf edilə bilməyəcəyinə hələ heç bir zəmanət yoxdur.

Husi silahlı güclərinin təmsilçisi hücuma görə məsuliyyəti öz üzərinə götürüb: “Bu əməliyyat bizim güclərin Səudiyyə Ərəbistanının içərilərində həyata keçirdikləri ən böyük hücumlardan biridir və ciddi kəşfiyyat əməliyyatı, ilkin monitorinq və Krallıqdakı comərd və azad insanların işbirliyindən sonra keçirilib”.

Səudiyyə Ərəbistanının adamları ilə işbirliyi iddiası Səudiyyə başçılarını özlərini həmişəkindən daha paranoidal aparmağa vadar edəcək. Tamamilə ola bilər ki, dronlar Səudiyyə Ərəbistanının içindən buraxılıb və onların buraxılış nöqtəsi hədəfə aşkar ehtimal edildiyindən daha yaxın olub.

Həmin təmsilçi davam edib: “Biz Səudiyyə rejiminə söz veririk ki, gələcək əməliyyatlarımız genişlənəcək və o öz təcavüz və mühasirəsini davam etdirincə həmişəkindən daha ağrılı olacaq. Biz təsdiq edirik ki, bizim hədəflər bankımız gündən-günə genişlənir və Səudiyyə rejiminin ölkəmizə təcavüzü və mühasirəni dayandırmaqdan savayı çıxış yolu yoxdur”.

Səudiyyənin təlxək şahzadəsi Məhəmməd Bin Salmanın 2015-ci ildə Yəmənlə başlatdığı savaş Səudiyyə Ərəbistanına ayda bir neçə milyard dollara başa gəlib. Səudiyyə Ərəbistanının büdcə kəsiri bu il yenidən çoxalıb və gözlənildiyi kimi, ÜDM-in 7%-ə çatacaq. Ölkəyə təzə pullar, ya da neftə daha yüksək qiymətlər gərəkdir.

Səudiyyə Ərəbistanı “Aramco” dövlət neft konqlomeratındakı payının satışı üzrə planları bu yaxınlarda təzələyib. Səudiyyə Ərəbistanının köhnə energetika naziri Xalid əl-Fəlihin bu ayın başlanğıcında əvvəlcə vəzifəsi aşağı salınıb, sonra isə vəzifəsindən götürülüb və təlxək şahzadənin ögey qardaşı Əbdüləziz bin Salmanla əvəzlənib: “Xalid əl-Fəlihin uzaqlaşdırılması millətçilərin “Aramco”nu və ölkənin sərvətini satmağa müqavimətinə son qoyub. Amma əsas qurğularının təhlükəsizliyi təmin edilməyən və ciddi hücumlara məruz qalan şirkətin hansısa payını kim alar?”

Səudiyyənin təlxək şahzadəsi “Aramco”nun səhmlərini məqbul qiymətə satmazdan əvvəl Yəmənlə barışmalı olacaq. O, husilər sülh bağlamaq istəməmişdən qabaq Yəmənə və onun xalqına təzminat ödənişi kimi xeyli milyard  ödəməli olacaq.

Səudiyyəliləri sülh marağı ilə məhkəməyə verməyə ilk cəhdlər iki həftə əvvəl edilib. Görünür, onlar Tramp administrasiyasından husilərlə saziş hazırlamağı xahiş ediblər. “The Wall Street Journal” çərşənbə günü xəbər verib: “Tramp administrasiyası Yəməndə dördillik vətəndaş savaşına son qoymaq cəhdi ilə İranın dəstəklədiyi husi üsyançılarla danışıqlara başlamağa hazırlaşır.

Gələn məlumatlara görə, bu səylər Səudiyyə Ərəbistanını Omandakı üsyançılarla gizli danışıqlara qatılmağa inanadırmağa yönəlib ki, ər-Riyad və Tehrana qarşı bölgə savaşında cəbhə xətti olmuş münaqişədə atəşkəsə nail olmağa yardım edilsin”.

O vaxtdan bu təşəbbüs haqda heç nə eşidilməyib. Savaşı bitirmək üçün səudiyyəlilərin tez hərəkət etməyi gərəkdir. Bu ən yaxın vaxtlarda baş verməsə, onda biz sonrakı eskalasiyaları və artıq baş vermiş hücuma bənzər yeni həmlələri gözləyə bilərik.

 

Müəllif haqda: Billmon siyasi və iqitsadi problemlərin geniş çevrəsinə dair şərhlərini özünün “Moon of Alabama” (Alabamanın Ayı) blogerində yerləşdirən Amerika blogerinin ayamasıdır…

Tərcümə Strateq.az-ındır.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net