Ana səhifə

Abutalıbovun batırdığı Bakının Baş planını almanlar 6 milyon dollara dirçəldir

    Tarix: 20-09-2019 09:11   

Ekspert: “Bu planı cəmiyyətin müzakirəsinə verməlidirlər ki, insanlar öz fikirlərini söyləsinlər”

Bakı şəhərinin Baş planının hazırlanması ətrafında müzakirələr hələ də davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məlumat yayılıb ki,  proses plan-qrafikə uyğun gedir. Bu prosesin bütün iştirakçılarının əlaqələndirilməsi məqsədilə komitə tərəfindən formalaşdırılmış qurumlarası işçi qrupun növbəti iclası keçirilib.

Məlumat verilib ki, bu günədək 31 dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılıb və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilib.

Daha sonra Bakının Baş planının hazırlanması üzrə keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin nümayəndəsi - layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritetlərinə əsaslanaraq işlənmiş bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib.

Baş planın tapşırıldığı “AS+P”  şirkəti haqqında məlumatlara gəlincə isə mənbələrə görə, bu, qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunan “AS+P” şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə icra olunub. Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İskəndəriyyə, həmçinin Sürix, Tiflis, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.

Bakının BaŠplanı Abutalıbov ile ilgili görsel sonucu

Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Bakı şəhərinin Baş planı 6,3 milyon dollara başa gələcək.

 “Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov söyləyib ki, Bakının indiyə qədər 4 Baş planı olub:  “Ümumilikdə, 1-ci Baş planı hazırlayırlar, 2-ci planda 1-cinin inkişafı nəzərdə tutulur. 3-cü Baş plan isə 2-cinin inkişafını təmin edir. Beləliklə, növbəti, ondan əvvəlkinin inkişafı əsasında qurulur. Bu ümumi prinsiplər dünya təcrübəsinə əsaslanır. Abutalıbovun dövründə indiyə qədər qüvvədə olan Baş plan kənara qoyuldu və necə gəldi tikintilər aparıldı. Sovet dövründə norma və tələblər başqa idi. İndi hazırlanan Baş plan isə tamamilə milli maraqlara və dünyəvi təcrübəyə uyğun şəkildə hazırlanmalıdır. Eləcə də bu Baş planda əvvəl buraxılmış nöqsanlar aradan qaldırılmalıdır. Yenilikləri nəzərə almadan, ayrı-ayrı yerləri tikinti şirkətlərinə verdilər ki, köhnə binaları söküb, yerində yenilərini tikin. Köhnənin yerində yeni bina tikilən zaman nəzərə almaq lazımdır ki, oradakı yollar da genişlənməlidir. Çünki əvvəlki binalarda, məsələn, 10 adam yaşayırdısa, onun yerində inşa edilən hündürmərtəbəli binada 100 adam yaşayacaq. Pulu düşünüb, bu cür layihələri icra edən zaman yolları, uşaqların oynaması üçün yerləri nəzərə almadılar. Normaya görə hər bir insana 14 kvadratmetr yer lazımdır ki, o, normal şəkildə yaşaya bilsin. İndi isə biz görürük ki, uşaqlarımız tamamilə başqa cür böyüyürlər. Torpaq yoxdur ki, uşaqlar oynaya bilsinlər. Hər bir uşaq öz evində oynayır, ona görə də bir-birilərinə düşmən kimi baxırlar. Bunun sosial əhəmiyyəti də var. Ancaq bunları düşünən olmadı. Ona görə də yeni sosial problemlər əmələ gəldi. Bütün bunlar Baş planda öz həllini tapmalıdır. Sökülən binaların yerində böyük parklar salınmalıdır ki, həyətində yer olmayan binaların sakinləri heç olmasa orada dincələ bilsinlər”.

âYeni Müsavatâa danıÅan ekspert Æzim MÉsimov ile ilgili görsel sonucu

Ekspert bildirib ki, hazırda Bakının böyük problemləri mövcuddur: “Bu problemlərdən kanalizasiya sistemlərinin tələbə uyğun çəkilib, yaradılması ən əsaslarındandır. Məişət və yağış sularının axıdılması üçün kommunikasiya xətləri çəkilməlidir. Su, qaz, elektrik xətləri yeni tələblərə uyğunlaşdırılmalıdır. Digər ən böyük problemlərdən biri də şəhərin çıxışı ilə bağlıdır. Hazırda Bakının çıxış problemi var. Şəhərdə hansısa bir hadisə baş verərsə, çıxış problemi böyük fəlakətə səbəb ola bilər. Söhbət zəlzələ, hansısa digər bu kimi fəlakətlərdən gedir. Şəhərdən çıxış çox çətindir. Bu məsələ həll olunmalıdır. Eyni zamanda insanların iş yerləri ilə təmin olunması da əsas sosial problemə daxildir. Bunun həlli yollarından biri turizmin inkişafıdır.

Biz arzu edirik ki, Azərbaycana 3 milyon xarici turist gəlsin. Halbuki  ən azından 20-30 milyon nəfər turisti qəbul etməyə qadirik. Bu məsələ Bakıda həll olunmalıdır. Bunun üçün dəniz çimərlikləri bərpa olunmalı, müasir istirahət yerləri açılmalıdır. Bunların hamısı Baş planda da öz əksini tapmalıdır. Bakının unikal vəziyyətini nəzərə alaraq, küləyin istiqamətindən asılı olaraq, müxtəlif yerlərdə çimərliklər yaratmaq olar ki, şimal küləyi olduğu zaman cənubda, cənub küləyi olan zaman isə şimaldakı çimərliklər yaxşı işləyə bilsin. Bütün bunları nəzərə almaq lazımdır. Ekoloji vəziyyətin yaxşılaşdırılması da nəzərdə tutulmalıdır. Bundan əlavə, Qobustan zonasında 2-3 min hektarlıq böyük meşə sahəsi yaratmaq olar. Bu da kanalizasiya sularının təmizlənməsi hesabına suvarıla bilər. Biz deyirik, ancaq orada kimlər iştirak edirlər, hansı təkliflər verirlər, bunu bilmirik. Baş planın hazırlanması ətrafında danışırlar. Ancaq müzakirəyə çıxarmırlar bilək ki, ortaya nə qoyurlar. Deyirlər ki, Baş planın əsas prioritetləri hazırdır və təqdim edilib. Yaxşı, bu nədən ibarətdir? Bu planı cəmiyyətin müzakirəsinə verməlidirlər ki, insanlar da öz fikirlərini söyləsinlər və sabah ortaya çıxan layihə anormal olmasın”.

Əli RAİS,
“Yeni Müsavat”

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net