Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“TRAMP İRANIN QARŞISINDA GERİ ÇƏKİLMƏK NİYYƏTİNDƏDİR” –MKİ-nin keçmiş işçisi “İranı cəzasız buraxmaq olmaz” deyir – Müsahibə

20-09-2019, 20:35   

 

Maykl Hərş

The Foreign Policy (ABŞ), 20.09.2019

 

Ruel Mark Qereht MKİ-nin keçmiş əməkdaşı və İran üzrə ekspert, Demokratiyanı Müdafiə Fondunun baş elmi işçisidir. Qereht İrana münasibətdə sərt baxış tərəfdarıdır, karyerasının böyük hissəsini ölkədəki daxili-siyasi dinamikanı, habelə İranın ali lideri Əli Xamnəi 1989-cu ildən hakimiyyətə gəldiyi andan onun idarəçiliyini öyrənməyə həsr edib. Qereht Səudiyyənin böyük neft obyektlərinə, ABŞ və Səudiyyə Ərəbistanı hökumətlərinin hesab etdiyi kimi, sponosru və ya təşkilatçısı İran olan hücuma görə öz narahatlığını “The Foreign Policy” nəşri ilə bölüşüb.

 

-Bu hücum İran tərəfindən Tehranın ABŞ-ın zəifliyini hiss etdiyindən doğan təcavüz aktıdırmı?

-Oo, əlbəttə. İranlılar həmişə durumu tədricən kəskinləşdirirlər. Onlar  müəyyən müddət boyunca eskalasiyanı çoxaldır və biz hər dəfə fəaliyyətsiz qalanda tarifi yüksəldirlər. Aşkardır ki, onlar bunu hərbi planda ediblər. Səudiyyənin neft obyektlərinə hücum son dərəcə cəsarətli çıxdı. Onlar bununla yanaşı nüvə cəbhəsində tarifləri tədricən yüksəldirlər. Neft obyektlərinə hücum onlara cazibədar görünən iki müxtəlif yöndə məmnunluq hissi gətirir. Birincisi, bu qayda ilə ABŞ-a orta barmağı göstərə, ikincisi isə, nifrət etdikləri Səudiyyə Ərəbistanına zərbə vura bilirlər.

-Necə düşünürsünüz, hücum məhz necə təşkil olunub? Bu, İranın inanılmış şəxslərinin yaxşı inkişaf etdirilmiş və mürəkkəb bölgə şəbəkəsinə söykənib? Ehtimal səslənib ki, hücum İran ərazisindən edilib.

-İran özünün nədəsə əli olduğunu inkar etmək üçün tərəfdarlarından istifadə etməyi sevir. Ona, sadəcə, əncir yarpağı (eyibli hərəkəti pərdələmək-tərc.) gərəkdir, o müxtəlif şiə güclərini bu məqsədlə istifadə edə bilər. Ola bilsin, zərbə birbaşa İran ərazisindən vurulub, bu belədirsə, onda Tramp və Səudiyyə Ərəbistanının varis şahzadəsi üçün ciddi meydan oxumadır. İstifadə olunan dronlar xeyli məsafəni qət edə bilir. Qaldı ki qanadlı  raketlərə, güman edirəm, onlar, ehtimal ki, İran ərazisindən buraxılıb. İstənilən halda, hansısa nməlumatlar olmalıdır, mən əminəm ki, radar müşahidələrinin məlumatı onların, əslində, haradan uçub gəldiyini müəyyən etməyə imkan verər.

O biri yandan, hücum Səudiyyə Ərəbistanı HHM-inin zəifliyini üzə çıxardıb. Amerikalılar heç bir cavab hərəkəti etməsələr, bu, ciddi nəticələrə gətirə bilər. Mən deməliyəm ki, ABŞ prezidenti savaşa səbəb ola biləcək naviqasiya azadlığını təmin etmək üzrə əməliyyatdan artıq əl çəkib. Bundan imtina ediblər. Buna görə də iranlılara indi cəzasız qalmaqla beyinlərinə girəndə hədəflərə hücum etmək imkanı versək, bu bildirəcək ki, 1950-ci illərdən bizdə olan baxışdan – buna əsasən, ABŞ Səudiyyə neftini həmişə qoruyacaq – imtina edirik .

Və mən deməliyəm ki, İranın məhz hansı hədəfi seçdiyindən çox təsirlənmişəm, çünki bunun bizim üçün mühüm mənası var.

-Mühüm məna deyəndə nəzərdə tutursunuz ki, İranın ali lideri bu qayda ilə əmin olmaq istəyir ki, Birləşmiş Ştatlar yenə də geri çəkilməyəmi hazırlaşır?

-Bəli. Və deməliyəm ki, ABŞ dövlət katibi Mayk Pompeonun bəzi bəyanatlarını nəzərə alsaq, görünür, geri çəkilmək niyyətindəyik.

-Amma Pompeo hücumu “müharibə aktı” adlandırıb.

-Ancaq sonra deyib ki, məsləhətləşmələr aparmaq və koalisiya yaratmağa çalışmaq üçün Səudiyyə Ərəbistanına getməyə hazırlaşır. Bu, çox ümidverici səslənmir və düşünürəm ki, bununla İranı qorxuda bilməzsən.

-Tramp İrana qarşı əlavə sanksiyalar tətbiqi haqda bildirib.

-Ümumiyyətlə, heç nə etməməyə hazırlaşarkən nə eləyirsiniz? Sanksiyalar qoyursunuz.

-Hücum İran və Səudiyyə Ərəbistanı arasında çoxdankı münaqişənin qəfil və çox ciddi eskalasiyası kimi görünür. Bunu necə şərh edə bilərsiniz?

-Bəzi adamlar İranın ali liderini ehtiyatlı adam kimi görməyə meyllidirlər, amma həqiqət bundan ibarətdir ki, Xamnəi çərçivədən qırağa çıxmağı sevir… Biz heç nə etməsək, o həm hərbi, həm də nüvə baxımından bu yöndə irəliləməyi davam etdirəcək… Deyəsən, BƏƏ qırağa sıçramaq qərarına gəlib, qaçıb gizlənmək istəyir. Düşünmürəm ki, Səudiyyə Ərəbistanının varis şahzadəsi də ara saxlamayacaq. Onun bütün təkəbbürünə baxmayraq, Birləşmiş Ştatlarsız İranı enə bilməz. Avropa Birliyi onun üçün tipik mövqe tutub: əlavə danışıqların təşkilinə çağırır. Görək, ABŞ prezidenti bundan sonra nə edər: daha sərt mövqe tutar, yoxsa basqını zəiflətməyi davam etdirər.

-Birləşmiş Ştatların indi verdiyi reaksiyanın tərzi nə qədər önəmlidir?

-Olduqca önəmli məqam çatıb. Hətta deyərdim ki, bu, Birləşmiş ştataların Fars körfəzinə görə öz məsuliyyətindən imtina edib-etmədiyini doğrudan da, müyyən edəcək. Strateji baxımdan ABŞ Səddam Hüseynin Küveytə soxulduğu andan bəri tutuşdurulmalı nə iləsə üzləşməyib.

Tərcümə Strateq.az-ındır.

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar