Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putini öldürməyə gələn yakutiyalı şaman həbs edildi: RUSİYA ŞOKDA

20-09-2019, 20:45   



Putini öldürməyə gələn yakutiyalı şaman həbs edildi: RUSİYA ŞOKDA

Həbs edilmiş yakut şaman Aleksandr Qabışevin tərəfdarları onun azadlığa buraxılmasını tələbi ilə Moskvaya yürüş etməkdə qərarlıdır. Bunu əllərində bayraq tutan və mövzuyla bağlı fikirlərini bölüşən şamanın iki tərəfdarı YouTube-a yerləşdirdikləri videoçarxda bəyan ediblər.


Sfera.az-ın məlumatına görə, tərəfdarların sözlərinə görə, onlar şamanın istədiyi kimi, gündə 20 kilometr yol qət etməyi planlaşdırırlar. Onlar liderlərinin xüsusi xidmət orqanları tərəfindən oğurlandığını və onun dəqiq yerinin heç kəsə məlum olmadığını da vurğulayıblar.

 


Davamçılar həmçinin qeyd ediblər ki, "şaman-döyüşçü Qabışevin azadlığı naminə mübarizəyə başlamağa” qərarlıdırlar. "Bizi Tanrı yönləndirir”,- deyə, onlar əminliklə bəyan ediblər.

 


Bu arada isə bəlli olub ki, yakutiyalı şaman Qabışevi Yakutska gətirib Respublika Psixonevroloji Dispanserinə yerləşdiriblər. Xəbər verilmişdi ki, şaman psixiatrik müayinədən keçiriləcək, onunla həyatı, xəstəkliyi haqda söhbət aparılacaq və yalnız bundan sonra onun müalicəsi ilə bağlı qərar qəbul olunacaq.

Şamanın tərəfdarları isə yerli mediaya bildiriblər ki, onların liderlərinin anlaqlı olduğu təsdiqlənib və o psixonevroloji dispanserdən evə buraxılıb. Yaxın zamanda isə ona hökm oxunacağı gözlənilir.

 


Qeyd edək ki, Qabışev sentyabrın 19-da saxlanılıb. O, Yakutiyadan piyada Moskvaya "Putini qovmağa” gəlirmiş. Yakutiyalı şamanın dediyinə görə, Putini qovmağı ona Tanrı əmr edib. 8000 kilometrlik məsafəni 2021-ci ildə başa vurmağı planlanlaşdıran şaman özü ilə 2 metrlik araba aparırmış, onu 20 nəfərdən ibarət qrup müşayət edib. Həbs olunduğu anadək yakut artıq 3000 kilometr yol qət etmişdi.

 


Rusiya DİN-nin regional idarəsindən isə bildiriblər ki, Qabışev "Putini öldürməyə” gəldiyi üçün yox, cinayət törətdiyi üçün axtarışdadır, amma cinayətin nədən ibarət olduğunu dəqiqləşdirməyiblər. Şamanın tərəfdarlarının sözlərinə görə, ona qarşı 282.1 UK maddəsi ilə ( "Ekstremist qruplaşmanın təşkili”) cinayət işinin qaldırılması məsələsi müzakirə olunur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar