Ana səhifə

Məktəblərdə müəllimlər üçün pul toplanır?- Sabah bayramdır, Təhsil Nazirliyi isə susmağa üstünlük verir

    Tarix: 04-10-2019 20:15   


Məktəblərdə müəllimlər üçün pul toplanır?- Sabah bayramdır, Təhsil Nazirliyi isə susmağa üstünlük verir

Sosial şəbəkələrdə 5 oktyabrda qeyd olunacaq Müəllimlər günündə valideynlərdən pul toplanması barədə müxtəlif  informasiyalar yer alır. 

Hətta bəzi sosial şəbəkə hesablarında məktəblərin adı qeyd olunaraq valideynlərdən pul toplandığı barədə xəbərlər yayılır.  Valideynlər arasında geniş müzakirə edilən bu informasiyaya Təhsil Nazirliyi tərəfindən heç bir reaksiya verilmir. 

Məsələyə aydınlıq gətirmək üçün Cebhe.info əməkdaşı3 oktaybrda Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsa da, sualın nazirliyin e-mail ünvanına sorğu şəklində göndərilməsinin vacibliyi bildirilib. 

Eyni gün sorğu deyilən ünvana göndərilsə də, ötən müddət ərzində cavablandırılmayıb. Qeyd edək ki, 5 oktyabr bu dəfə həftənin şənbə gününə təsadüf edir və dövlət müəssisələrində, eləcə də əksər məktəblərdə qeyri-iş günüdür.

Xatırladaq ki, bu, Təhsil Nazirliyinə ünvanlanan sorğuların cavabsız qalmasıyla bağlı ilk hal deyil. Nazirlik 15 gündən artıq müddətdə Cebhe.info-nun fərqli mövzu ilə bağlı sorğusunu da cavablandırmayıb.
Səyad Həsənli
Cebhe.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net