Ana səhifə

Eldar Mahmudov Gülər Əhmədovanı uşaqları ilə şantaj edib – Detallar AÇIQLANIR

    Tarix: 05-10-2019 19:21   
 


Keçmiş millət vəkili Gülər Əhmədova “mandat alveri” qalmaqlından və həbs edilməsinin səbəbləri barədə maraqlı açıqlamalar verib. 

Demokrat.az xəbər verir ki,  Gülər Əhmədova BBC-yə misahibəsində bildirib ki, o, iki siyasi qüvvə arasında gedən oyunun qurbanı olub.
 
“Hamı çox gözəl bilir ki, iki siyasi qüvvənin bir-birinə qarşı oynadığı bir oyun var idi. Məni orada alət eləmək istədilər.  O da düzgün hesablanmamışdı. Adətən hesab edirlər ki, qadınlar zəifdirlər, onlara qarşı təzyiq vasitəsilə nəyisə onlardan almaq olar. Mən övladlarımla şantaj olunurdum”, - deyə keçmiş millət vəkili əlavə edib.

O, əvvəlcə konkret hansı siyasi qüvvə, yaxud şəxs tərəfindən şantaj olunduğunu açıqlamayıb.
“Konkret siyasi qüvvə var idi, artıq indi yoxdur. Bəlkə də o adamın adını çox rahat çəkmək olar. Amma indi o adam vəzifədə deyil deyə onun adını çəkəndə deyərlər ki, yıxılandan sonra çəkir”, -deyə Gülər Əhmədova bildirib.

Lakin jurnalistin bu barədə təkrar sualından sonra Gülər Əhmədova ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyini nəzərdə tutduğunu deyib.

“Yeni Sabah” xatırladır ki, “mandat alveri” qalmaqalı zamanı bu məsələnin kökündə keçmiş milli təhülkəsizlik naziri Eldar Mahmudovun hakimiyyətdəki rəqiblərini sıradan çıxarmaq planının dayandığı barədə ehtimallar səsləndirilirdi. Nəhayət, 6 ildən sonra Gülər Əhmədova bu ehtimalları rəsmən təsdiqləyib.

Həmçinin bəlli olub ki, Eldar Mahmudov öz niyyətini həyata keçirmək hətta keçmiş millət vəkilini övladları ilə şantaj edirmiş.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net