Ana səhifə

PREZİDENT ƏLİYEV BAŞ NAZİRİ DƏYİŞİR? – Hökumətdə ciddi dəyişikliklər gözləntisi

    Tarix: 08-10-2019 06:59   

 
Yaxın günlərdə Azərbaycan hökumətində kadr islahatlarının növbəti və daha ciddi mərhələsinin başlanacağı gözlənilir.
“AzPolitika.info” xatırladır ki, hökumətdə ciddi kadr dəyişikliklərinə hazırlığın getdiyi, oktyabr-noyabr aylarında bu dəyişikliklərin reallaşacağına dair məumat və proqnozlar bir neçə aydır ki, dövriyyədədir. Yəni Prezident İlham Əliyevin növbəti gözlənilən və hətta gözlənilməz təyinatlara imza atacağını konkret məlumat və müşahidələrə əsaslanaraq proqnozlaşdıranlar az deyildi.

Bu gün günün ikinci yarısından başlayaraq isə, hökumət dəhlizlərində və siyasi çevrələrdə belə bir məlumat sürətlə yayılmağa başlayıb ki, Prezident İlham Əliyev ehtimal olunan dəyişikliklərə Baş nazir Novruz Məmmədovu vəzifəsindən götürməklə başlamaq haqda qərar verib. Hətta bir sıra mənbələr bu dəyişikliyin parlamentin sabahkı iclasında reallaşa biləcəyi ehtimalının da yüksək olduğunu iddia edirlər. Novruz Məmmədovu Baş nazir vəzifəsində əvəzləyəcək şəxsin adı da çəkilir – Prezidentin köməkçisi Əli Əsədov!

Parlamentdəki bir neçə mənbə “AzPolitika”nın müvafiq sorğusuna cavab olaraq, onlarda da belə məlumatın olduğunu təsdiq ediblər.
N.Məmmədovun istefaya göndəriləcəyi haqda məlumatlar nə dərəcədə ciddidir, demək çətindir. İstisna deyil ki, bu məlumatlar hansısa məqsədə xidmət edir. Hər halda sabah və ya yaxın günlərdə məsələ aydınlaşacaq. Lakin bir məsələ dəqiqdir ki, N.Məmmədovun, özünün də bu yaxınlarda etiraf etdiyi kimi, Baş nazir vəzifəsinə yaramadığı haqda əvvəllər də mövcud olmuş qənaət son vaxtlar daha da qüvvətlənib. Yəni N.Məmmədov istefaya göndərilərsə, bu, qətiyyən gözlənilməz qərar hesab olunmayacaq.
Lakin onun yerinə Əli Əsədovun namizədliyinin gündəmə gəlməsi kifayət qədər maraqlıdır və gözlənilməz hesab oluna bilər. Baxmayaraq ki, N.Məmmədovla müqayisədə iqtisadçı Əli Əsədov bu vəzifəyə daha çox layiqdir.
R.Əliyev
AzPolitika.info


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net