Ana səhifə

Ayaz Mütəllibovun da biznesi üzə çıxdı FOTO

    Tarix: 08-10-2019 10:03   


Ayaz Mütəllibovun da biznesi üzə çıxdı

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun biznesi ortaya çıxıb. Ayaz Mütəllibov deyir ki, özü və ailəsi qürbətdə, yəni uzun illər sığındığı Rusiyada olmazın əziyyətlər çəkib: "Moskvada yaşayan azərbaycanlılar məni əlimdə "setka” çörək dalınca gedərkən görəndə deyirdilər ki, "Ayaz müəllim, sizsiz bu?”
Keçmişini bir yana qoyaq, tarix hər şeyə şahiddir. Amma doğrudanmı Mütəllibov uzun illər ərzində himayəsində olduğu ölkədə əziyyətlər çəkib? Hər halda onun maddi sıxıntıları olmayıb, əziyyətləri daha çox nostalji hissləri ilə bağlı olub.
Jurnalist Cavanşir Həsənli yazır ki, Azərbaycanın eks-prezidenti əslində Moskvada xüsusi himayədə olan, qorunan biri idi. Üstəlik, ona Rusiyada yaşamını təmin etmək üçün bizneslə məşğul olmaq imkanları yaradılmışdı. 

Məsələn, 2007-ci ilin avqustundan 2016-cı ilin fevralına qədər Mütəllibov Moskvada fəaliyyət göstərmiş AYAZ MÜTƏLLİBOV REGİONAL İCTİMAİ FONDUNUN ( РЕГИОНАЛЬНЫЙ ОБЩЕСТВЕННЫЙ ФОНД МУТАЛИБОВА А. Н. ПО СОДЕЙСТВИЮ СОЦИАЛЬНОЙ АДАПТАЦИИ МИГРАНТОВ) rəhbəri olub. Bu fond Rusiya büdcəsindən maliyyələşən fondlar siyahısında idi. Fondun digər təsisçisi Nizami Balaş oğlu Quliyev olub.
O, həm də sabiq prezidentin Moskvadakı şirkətlərini idarə edib. Belə ki, Ayaz Mütəllibov Rusiyada bir neçə şirkətin sahibi olub. Bunlardan biri - LİQA MMC (ООО "ЛИГА") 2004-cü il aprelin 5-də 10 min rubl nizamnamə kapitalı ilə qeydiyyata alınıb və 2008-ci ilin noyabrınadək Moskvada Nikoloyamskiy döngəsi 4-6 ünvanında fəaliyyət göstərib. Ərzaq məhsullarının, içki və tütün məmulatlarının topdan satışı ilə məşğul olub. 

Şirlətin 40 faizi Ayaz Mütəllibovun oğlu Zaur Mütəllibova, 30 faizi Nizami Quliyeyə, digər 30 faizi isə Azər İdris oğlu Məmmədova aid olub. Moskvada Kutuzovskiy prospekti 23-də fəaliyyət göstərmiş SƏBA TİCARƏT EVİ MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ ТОРГОВЫЙ ДОМ "СЕБА") 2006-cı ilin avqustundan 2013-cü ilin yanvarınadək fəaliyyət göstərib.
Ticarət evi quş əti, digər ət məhsullarının və konservlərin satışı ilə məşğul olub.
Sənədlərə görə şirkət Oksana Şabanova (33,33%), Zaur Ayaz oğlu Mütəllibov (33,33%) və Nizami Quliyevin (33,33%) adına rəsmiləşdirilmişdi. Mütəllibovun yaxın adamı olan Nizami Quliyevin adına 1996-cı ildən MEQATRANSSERVİS, eləcə də NİVA TİCARƏT EVİ MMC, 1998-ci ildən SANTE-FARMA, 2006-cı ildən SANTE-AOZT kimi şirkətlər də fəaliyyət göstərib.  
/criminal.az





шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net