Ana səhifə

TÜRKİYƏ GERİ ADDIM ATMAQ NİYYƏTİNDƏ DEYİL:Fəratın şərqində əməliyyat mütləq gerçəkləşdiriləcək!

    Tarix: 08-10-2019 10:49   

“Habertürk”, 07 oktyabr 2019-cu il

 

“Habertürk”ün müxbiri Alper Uruşun xəbərinə görə, Türkiyə günə isti hadisələrlə başlayıb. Ağ Evin “Türkiyənin Suriyanın şimalına yönəlik olaraq həyata keçirəcəyi əməliyyatın yaxın zamanda başlayacağını, ABŞ-ın bu əməliyyata dəstək verməyəcəyini” açıqlamasının ardınca gözlər Suriya sərhəddinə və Türkiyənin nə edəcəyinə çevrilib. Ağ Evin bu açıqlamasından sonra “Habertürk” bu isti hadisəni və bölgədəki son durumu dəyərləndirməsi üçün təhlükəsizlik, strategiya və terorizm üzrə mütəxəssis Abdullah Ağıra müraciət edib. Abdullah Ağır da yaranmış mövcud durumu “Habertürk”ə dəyərləndirib.

 

ABŞ hər zaman plan qurar

 

Bu cür açıqlamaların arxasında müsbət şey axtarmaq yalnışdır, çünki qarşınızdakı şeytanın dal ayağı deyil, elə şeytanın özüdür. Baxın, ABŞ hər zaman plan qurar. ABŞ bu açıqlamaları verərkən, əmin olun ki, fərqli paradiqmalar işləyib hazırlayıb. ABŞ hər zaman Orta Şərq siyasətini bir-birinə düşmən olan güclərin və ya dövlətlərin hər ikisinə də dəstək vermək üzərində qurub.

 

Qlobal güc “Bu da meydan!” deyir

 

Fəratın şərqi cənubi-şərqi Anadoluda əməliyyat keçirilən hər hansı bir dağ və ya bölgə deyil. “Zeytun budağı”  “Fərat qalxanı” əməliyyatlarının sahəsi 2 min km2 idi. Bura isə 15-20 min km2-lik sahəni əhatə edir. Terror təşkilatının əlində adi silahlarla bərabər, yeni avtomatlaşdırılmış sistemlər də mövcuddur. PKK-ya on minlərlə TIR zirehli maşın və silah verilib. Nə PKK, nə də İŞİD 15 İyuldan sonra TSQ-dən qaçmayıb və vuruşmağı seçib. Qlobal güc bizə burada “Bu da meydan, kozırlarınızı paylaşın!” deyir.

 

Məğlubiyyətlər üzərində qələbə yaratmaq

 

Bölgədə, 14 mini dağ kadrı olmaqla 65 min silahlı terrorçunun olduğu, bu sayın 80-110 minə çıxa biləcəyi məlumdur. ABŞ Türkiyəni hansı seçimi etməsindən asılı olmayaraq, yəni əməliyyat keçirsə də, keçirməsə də çətin vəziyyətdə qoyur. Demək istədiyim odur ki, Ağ Evin açıqlaması ABŞ-ın oyun içində oyuna davam etməsinin ifadəsidir. ABŞ-ın burada terror təşkilatının məğlubiyyətləri üzərində sonu qələbə ilə bitən bir tarix yazmaq istədiyini görməmiz lazımdır.

 

ABŞ bölgədəki riskləri gördü

 

Bununla birlikdə, ABŞ öz maraqları baxımından bölgədəki riskləri də görüb. Bu risklər Atlantika və NATO-nun təhlükəyə düşməsidir. ABŞ-ın qlobal geopolitikasının zəifləyə bilməsi, NATO-nun çökməsi, alyansın cənubi-şərq blokunun (Türkiyə) ABŞ-dan qopması, həqiqətən, onun üçün böyük riskdir. ABŞ, Türkiyənin “Patriot”a qarşı S-400-ə, F-35-ə qarşı Su-57-yə yönələ biləcəyini görür və bunlar bir nöqtədə onu seçim etməyə məcbur edən addımlar olub. Prezident Ərdoğan da, Türkiyə də dirəndimi? Bəli, dirəndi.

 

80 min İŞİD-çinin qaldığı əl-Hol düşərgəsi

 

Türkiyə Fəratın şərqində çox güclü bir terror təşkilatlanması ilə qarşı-qarşıya qalıb. Hazırda terror təşkilatının əlində olan əl-Hol düşərgəsində 80 min İŞİD-çi vardır. Bunların 35 mini uşaq, 30-35 mini qadın, 10 mini isə xarici cihadçılardır. Bunların heç birini kontinental Avropa qəbul etmək istəmir. Burada bir getto formalaşıb, hətta onların özlərinin İŞİD məhkəmələri belə, var.

 

ABŞ əsgərləri maşınlarına minib gedərlər

 

Ağ Evin açıqlamasına əsasən, onların məsuliyyəti Türkiyəyə verilir. Mən təkrarən ABŞ-ın oyun içində oyun qurduğunu vurğulamaq istəyirəm. Bölgədə məlum olan amerikalı əsgərlərin sayı 2 mindir. Ancaq onların sayı 3-4 min olsa da, maşınlarına minib gedərlər, yəni onların çəkilməsi uzun çəkən bir proses deyil.

 

Sərhəddə ərəb terrorçularla nümayiş

 

Ancaq dünən terror təşkilatının (PYD/SDG – tərc.) ərəb terroçularla birgə sərhədə gəldiyini və burada nümayiş keçirdiyini vurğulamaq lazımdır. PYD/SDG-nin ərəb terrorçuları Türkiyə sərhəddinə gətirməsində məqsəd türklərlə ərəblər arasında düşmənçilik yaratmaq düşüncəsidir. İki millət arasında düşmənçilik toxumu əkmək təşəbbüsü etnik düşmənçilik yaratmağa yönəlikdir.

 

Hava sahəsi, İran və Rusiya

 

Hazırda hava sahəsi koalisiya qüvvələrinin əlindədir və onun açılması çox önəmlidir. Türkiyənin hərbi hərəkatına İran və Rusiyanın dəstək verməsi də önəmlidir.

 

Türkiyə bu hərəkatı həyata keçirməlidir

 

Bir çox amili birlikdə dəyərləndirdiyimiz halda, aydın olur ki, öz müstəqilliyi, suverenliyi, unitar quruluşunun qorunması və bölgənin sabitliyi üçün Türkiyənin bu hərəkatı həyata keçirməsi tələb olunur. Türkiyə bu sahədəki terror təşkilatını məhv etməli, əlindəki silahları almalı və onun İraqa sızmasını önləməlidir.

Tərcümə Strateq.az-ındır

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net