Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lukaşenkodan Qarabağ təklifi: Həll edək!

11-10-2019, 16:28   

Postsovet məkanında dondurulmuş konfliktləri birgə həll etməyi təklif edirəm.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Aşqabadda keçirilən MDB dövlət başçılarının toplantısında deyib.

“Bir yerdə olmuşuq, bir yerdə savaşmışıq, amma baxın, indi postsovet məkanında nə baş verir? Nə qədər belə konfliktlər var! Niyə biz bu məsələləri həll edə bilmirik? Əgər biz nəyəsə qadiriksə, bu problemləri həll etmək lazımdır. Ədalətlə, düzgün həll etmək lazımdır. Biz okeanın o tayından köməyə insanları çağırmağa məcbur qalacağımız situasiya yaratmamalıyıq”, – deyə o bildirib.   /Axar.az/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar