Ana səhifə

“Küçələrdə yol polislərinin sayı azaldılsın!” – Deputatdan nazirə təklif

    Tarix: 16-10-2019 10:15   


“Küçələrdə yol polislərinin sayı azaldılsın!” – Deputatdan nazirə təklif


"İstərdim ki, şəhərdə yol polisi əməkdaşlarının sayı azaldılsın”. Bu sözləri Yenisabah.az-a millət vəkili Çingiz Qənizadə yol polisi sistemində edilın dəyişikliklərə münasibət bildirərkən deyib.
Nazir Vilayət Eyvazovun yol polisləri ilə bağlı son dəyişikliklərini yüksək qiymətləndirən Çingiz Qənizadənin sözlərinə görə, atılan addımlar yol polisi sistemində işin keyfiyyətini daha da yaxşılaşdıracaq. "Yol polisi əməkdaşları qanunvericilikdə nəzərdə tutulan normadan qat-qat artıq işləyirdilər və bu da təbii ki, onların yorğunluğuna və başqa neqativ məqamlara gətirib çıxarırdı. Onların növbəli iş rejiminə keçməsi olduqca vacib idi”, - deyə millət vəkili bildirib.
Çingiz Qənizadə yol polisi sistemində başqa bir əhəmiyyətli məsələyə diqqət çəkib. "Bəzən rayon polis bölmələri yaxud şöbələri əməkdaşlarının olduğu ərazilərdə şəhər polisinin əməkdaşları xidmət keçir. Bu da anlaşılmazlıqlara gətirib çıxarır. Yəni, tutaq ki, hansısa rayonun ərazisində hadisə baş verirsə, o zaman belə rəy yaranır ki, həmin vaxt orada xidmət keçən polis əməkdaşları həmin rayonun polisləridir. Amma sonra bəlli olur ki, şəhər polisləri imiş. Burada bir tənzimlənmə olmalıdır. Konkret bilinməlidir ki, hansı ərazilər hansı rayona aiddir və polis əməkdaşları da işlərinin öhdəsindən gəlməsi üçün ərazilərini dəqiq bilməlidirlər. Digər tərəfdən onsuz da şəhər başdan-ayağa kameralaşdılırıb. Ona görə də yol polisi maşınlarının çox şəhərdə çox olmasına ehtiyac yoxdur. Bu müəyyən mənada qıcıq yaradır. Hesab edirəm ki, qayda pozuntuları elektron versiyalarla qeydə alındığı üçün bu sahədə də müəyyən islahatların aparılması məqsəsduyğun olar”, -deyə millət vəkili vurğulayıb.
Çingiz Qənizadə həmçinin bildirib ki, avtomobillərin texniki baxışı zamanı vətəndaşlar əziyyət çəkir. Millət vəkili bu sahədə də islahatların aparılacağına ümid etdiyini bildirib. "Burada əhalinin narazılığına səbəb olan məqamlar varsa, bununla bağlı da tədbilər barədə düşünüləcək” – deyə o əlavə edib.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net