Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Böyük müharibə olacaq, əgər Putinin... - Keçmiş prezidentdən QORXUNC XƏBƏRDARLIQ

18-10-2019, 09:03   
 

Müasir dünyada beynəlxalq hüquqa məhəl qoyulmaması və dünya siyasətinin hərbiləşdirməsi müşahidə olunur.
Publika.az xəbər verir ki, bu sözləri “İzvestiya” nəşrinə müsahibəsində SSRİ-in keçmiş prezidenti Mixail Qorbaçov bildirib.

O, bu problemlərin nümunələrindən biri kimi Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə dayandırılmasını göstərib. Siyasətçinin sözlərinə görə, Rusiya və ABŞ çalışmalıdır ki, bu razılaşmanın dayandırılması müharibə təhlükəsinin artmasına gətirib çıxarmasın. Keçmiş prezident qeyd edib ki, bunun üçün mümkün olan ilk addımı Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi təklifin yerinə yetirilməsidir. Qorbaşov bildirib ki, söhbət orta mənzilli raketlərin yerləşdirilməsinə moratoriumun daxil edilməsindən gedir.
Xatırladaq ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi. Müqavilə avqustun 2-də rəsmən qüvvədən düşüb. ABŞ bildirib ki, məhz Rusiya tərəfindən pozulmasına görə müqavilədən çıxıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar