Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kürd politoloqun xoflu açıqlaması: Türkiyə oraya gələrsə...

18-10-2019, 09:55   

 


   
Kürd qüvvələrin Suriyanın şimalından çıxarılması hökumət qüvvələrinin iştirakı ilə mümkündür.
Axar.az xəbər verir ki, bu sözləri kürd əsilli politoloq Reyzan Xedu Türkiyə və ABŞ-ın Suriya ilə bağlı atəşkəs razılaşmasını şərh edərkən deyib.
“Əgər Suriya ordusu Pensin dediyi kimi, Suriya Demokratik Qüvvələrinin (SDQ) yerini tutarsa, o zaman bu, müsbətyönümlü addımdır. Lakin Türkiyə ordusu, yaxud onların “milli ordu” adlandırdıqları (Suriya Milli Ordusu nəzərdə tutulur - red.) burada yerləşdirilərsə, bu halda regionun demoqrafiq vəziyyəti dəyişəcək”, - deyə politoloq bildirib.
O iddia edib ki, Suriyanın şimal-şərqindəki əhali Türiyənin hakimiyyəti altında yaşamaq istəməyəcək.
Qeyd edək ki, ötən gün Türkiyə lideri Ərdoğanla AŞ vitse-prezidenti Pens arasında əldə edilən razılaşmasına görə, Türkiyə 120 saat ərzində "Sülh çeşməsi" əməliyyatını dayandıracaq. Əvəzində YPG-nin başçılıq etdiyi SDQ qüvvələri Suriyanın şimal-şərqindən geri çəkiləcək və ağır silahlar onlardan alınacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar