Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Suriya atəşkəsi: Pens Ərdoğanı necə yola gətirdi? – Detallar

19-10-2019, 14:11   

Türkiyə ilə ABŞ arasındakı Suriya atəşkəsi çox çətinliklə imzalanıb.

Bu barədə “Röyters” türkiyəli diplomatik mənbəyə istinadla məlumat yayıb. Mənbə danışıq masasında Ərdoğanın əməliyyatın dayandırılmamasında israr etdiyi üçün məsələnin ikinci, yəni uzun görüşdə müzakirə edildiyini, yalnız bundan sonra 120 saatlıq müddətdə razılığa gəlindiyini söyləyib:

“Görüşdəki “tamam, yoxsa davam” nöqtəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əməliyyatın dayandırılması üçün vaxt məhdudiyyətinin müəyyənləşdirilməsini tələb etməsi idi. Ərdoğan bu vaxtın 24, ya da 48 saat ola biləcəyini söyləyib. ABŞ-ın vitse-prezidenti Mayk Pens isə bu zamanın çox qısa olduğunu və belə bir qərarı təkbaşına verə bilməyəcəyini bildirib”, – mənbə deyib.

Mənbə görüşdəki gərgin atmosferin Mayk Pensin sözləri sayəsində yumşaldığını bildirib:

“Söhbətin əvvəlində Pens Ərdoğana “Tramp sizi sevir, sizə hörmət edir və dəyər verir” deyib”.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Mayk Pens və Dövlət katibi Mayk Pompeo Suriyadakı vəziyyətin müzakirəsi üçün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Mətbuata qapalı keçən 1 saat 40 dəqiqəlik görüşün sonunda ilk mərhələdə 120 saatlıq atəşkəs elan edilməsi ilə bağlı 13 bənddən ibarət razılaşma imzalanıb.  /Axar.az/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar