Ana səhifə

Bakının göbəyində “at oynadan” ermənilərlə bağlı DSX-dən qəribə cavab – VİDEO

    Tarix: 04-11-2019 15:14   

Dövlət qurumu əməkdaşının kifayət qədər ciddiyyət daşıyan videoya qeyri-ciddi yanaşması təəssüf doğurur

Üç gündür ki, sosial şəbəkələrdə Bakının küçələrində şəxsi avtomillərində gəzən və çəkiliş edən erməniləri izləyirik.

Maraqlı burasındadır ki, axşam saatlarında paytaxt küçələrində rahatca gəzən və erməni dilində musiqi sədaları altında tur edən erməni kişilər üstəlik azərbaycanlıları təhqir edə edirlər.

Videonu hiddətlə izləyənlər isə aidiyyəti qurumlardan ermənilərin ölkəyə girişi və həyasızlığı ilə bağlı cavab gözləyirlər. Axı həmin ermənilər Bakıya necə gəlib? Dolaşdıqları maşın kimə məxsusdur? Bu rahatlıqları ilə kimə güvənirlər?

Turkustan.info bildirir ki, AYNA məlum video ilə bağlı Dövlət Sərhəd Xidmətinin(DSX) mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirovla əlaqə saxlayıb.

DSX rəsmisi məlum videodan xəbərsiz olduğunu, yalnız videonu izlədikdən sonra şərh verəcəyini bildirib.

Videonu izlədikdən sonra isə R.Cahangirov sualımıza gülüşlə cavab verib və deyib: “Hanı burda erməni”.

“Erməni deyillərsə, bəs kimdilər, aydınlıq gətirin məlum videoya”, – sualımıza isə ümumiyyətlə cavab verməyib.

Dövlət qurumu əməkdaşının kifayət qədər ciddiyyət daşıyan videoya qeyri-ciddi yanaşması təəssüf doğurur.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net