Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda ŞOK hadisə: Qırmızıdan keçən avtobusdan sərnişin yola yıxıldı – VİDEO

7-11-2019, 19:20   

Bakıda 133 nömrəli avtobusda baş verən hadisənin görüntüləri  kameraya qeyd olunub. 

Noyabrın 5-də paytaxtın  Azadlıq prospektində hərəkətdə olan  99-JP-548 qeydiyyat nişanlı avtobusun qapıları açıq vəziyyətdə olduğu üçün həmin avtobusdakı sərnişinlərdən biri yolun hərəkət hissəsinə yıxılaraq xəsarət alıb. Sürücü buna məhəl qoymadan hərəkətini davam etdirərək svetoforun qırmızı işığında yolayrıcına daxil olub.

Avtobus sürücülərinin əksəriyyəti dayanacaqdan hərəkətə başlayandan sonra  qapıları bağlayırlar. Ona görə də insanların bu cür xəsarət alması qaçılmaz olur. 

Qanunvericilikdə göstərilib ki, qapıları bağlanmamış vəziyyətdə nəqliyyat vasitəsinin hərəkəti qadağandır.

Görüntüləri təqdim edirik:

(avtosfer.az)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar