Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SSRİ-nin son marşalı dövlət çevrilişi sirrini açdı: “Qorbaçov və Yeltsin birləşərək oyun oynadı”

11-11-2019, 10:25   
SSRİ-nin son marşalı dövlət çevrilişi sirrini açdı: “Qorbaçov və Yeltsin birləşərək oyun oynadı”

SSRİ-nin  müdafiə naziri olmuş, SSRİ-nin son marşalı Dmitri Yazov maraqlı açıqlama ilə gündəmə gəlib.

Cebhe.info xəbər verir ki, o, 1991-ci ildə avqust qiyamı barədə danışıb. "Komsomolskaya pravda" qəzetinə müsahibəsində marşal bildirib ki, Mixail Qorbaçov və Boris Yeltsin birgə oyun təşkil edib: "1991-ci avqustunda orduya veriləcək pul yox idi. Mən buna baxa bilmirdim. Ordu məni başa düşməyəcəkdi".

Yazov onu da qeyd edib ki, əgər 1991-ci il avqust hadisələri təkrarlansaydı, o, özünü daha qətiyyətli aparardı. 

Xatırladaq ki, Yazov 1924-cü il 8 noyabrında dünyaya gəlib. Böyük Vətən Müharibəsində iştirak edib. 1987-1991-ci illərdə SSRİ müdafiə naziri postunu tutub. SSRİ-də marşal adını alan son hərbçisidir. 

Məhz 1991-ci ildə onun əmri ilə fövqəladə vəziyyət elan olunub, Moskvaya tanklar və ağır texnika yeridilib. 22 avqustda Yazov həbs olunub və ancaq 1993-cü il yanvarda azad edilib. 

Xatırladaq ki, avqust hadisələri deyəndə, 1991-ci il 18-21 avqustda baş verən olaylar nəzərdə tutulur. Hökumət bunu dövlət çevrilişi kimi dəyərləndirib. O zaman Rusiya Prezidenti olan Boris Yeltsin və vitse-prezident Aleksandr Rutskoy çıxış edib. Məhz onların çağırışı ilə “Ağ Ev"-in qarşısına minlərlə insan toplaşıb.  

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar