Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mühacir alverinə görə saxlanılan azərbaycanlıların - Siyahısı

14-11-2019, 15:53   


Mühacir alverinə görə saxlanılan azərbaycanlıların - Siyahısı

Almaniyada saxta sənəd düzəltməklə mühacir alveri etməkdə ittiham olunaraq saxlanılan azərbaycanlıların adları dəqiqləşdirilib. Almaniyada yaşayan siyasi fəal Həbib Müntəzir yekun siyahını yayımlayıb.
Saxlanılanların adlarını təqdim edirik:
1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.
2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri
3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini
4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu
5) Əlövsət Əliyev - "Legat” İnteqrasiya Mərkəzinin sədri
6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan "Neuwied” adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdi Xəlilbəylinin sürücüsü
7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir
Saxlanıların hər biri barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu işlə bağlı 60-a yaxın şübhəli var. Araşdırma davam edir.
Qeyd edək ki, Əlövsət Əliyev sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının
 qardaşıdır.
/criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar