Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycana deportasiya olunan terrorçuları nə gözləyir? – Açıqlama

14-11-2019, 17:42   

Representatives of various Palestinian armed factions leave after holding a news conference to condemn the decision of an Egyptian court that banned Hamas' armed wing, in Gaza City February 5, 2015. An Egyptian court last week banned Hamas' armed wing and listed it as a terrorist organization, prompting Hamas to reject Egypt as a mediator between Israel and the Palestinians, a role it has played for decades. REUTERS/Suhaib Salem (GAZA - Tags: POLITICS MILITARY CIVIL UNREST) - RTR4OC8D

Bu ayın sonunadək Türkiyədən deportasiya ediləcək terrorçuların arasında 29 nəfər azərbaycanlının da adı var. 

Qeyd edək ki, “Hürriyet” qəzeti deportasiya ediləcək İŞİD-çilərin siyahısını açıqlayıb. Siyahıda 959 İŞİD-çinin adı var:

Rusiya – 99, Almaniya – 17, Ukrayna – 4, Hollandiya – 3, Fransa – 2, Danimarka – 2, Avstriya – 2, Kosova – 2, Bolqarıstan – 2, Rumıniya – 1, Albaniya – 1, Özbəkistan – 82, Azərbaycan – 29, Qırğızıstan – 23, Tacikistan – 21, Misir – 13, Əfqanıstan – 11, Tunis – 10, Qazaxıstan – 10, Fələstin – 9, Mərakeş – 8, Pakistan – 6, Türkmənistan – 6, Nigeriya – 3, İran – 3, Somali – 3, Liviya – 2, İordaniya – 2, Əlcəzair – 2, Səudiyyə Ərəbistanı – 2, Yəmən – 1, Birləşmiş Ərəb Əmirlikləri – 1, İraq – 296, Suriya – 273.

Azərbaycana deportasiya ediləcək terrorçuları hansı aqibət gözləyir? Qanunvericilikdə hansı cəzaların tətbiq olunması nəzərdə tutulur?

Tanınmış vəkil və hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib ki, siyahıda vətəndaşlıq deyil, milliyyət göstərilib:

“Buna görə də onlardan bəzilərinin Azərbaycan vətəndaşı olmaması da mümkündür. Əgər onlar Azərbaycandan gediblərsə, ölkəyə daxil olduqları zaman ilk növbədə həbs olunacaqlar. Araşdırma aparılacaq, onların qanunsuz silahlı dəstələrin iştirakçısı olduğu sübut olunarsa, onlar silahlı dəstələrin tərkibində olmaq, vuruşmaq maddələri ilə mühakimə olunacaqlar.  Burada ömürlük həbs cəzasına qədər cəzanın verilməsi mümkündür. Amma hər halda bu istintaqın gedişatından və məhkəmənin qiymətindən asılı olacaq”.

Hüquqşünas Azərbaycanda belə bir təcrübənin yaşandığını dedi:

“Həmin ittihamların elan olunduğu bir neçə nəfər var ki, onlar hazırda ömürlük həbs cəzasına məhkum ediliblər. Onların hansı ölkədə qruplara qoşulmasının heç bir fərqi yoxdur”.

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar