Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xətaidə yanan binayla bağlı son durum -Fotolar

15-11-2019, 15:35   


Bu gecə Xətai rayonu Neapol küç. 29/42 m. 79 ünvanında çoxmərtəbəli binada yanğın baş verib.

Binanın mansardında baş verən yanğında 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb.

Musavat.com olaraq son durumu öyrənmək üçün yanan binanın ərazisinə baş çəkdik. Binanın həyətində bina sakinlərinin evlərindən əşyalarını daşıdığının şahidi olduq. Onlardan son vəziyyətlə bağlı maraqlandıq. Bildirdilər ki, yuxarı mərtəbələrdə söndürülən yanğının tüstüsü hələ də qalmaqdadır. "Demək olar ki, nəfəs almaq mümkün deyil. Digər tərəfdən evlərdə işıq yoxdur. Elektrik şitləri suyun içindədir. Vəziyyət normallaşan kimi yenidən öz evlərimizə qayıdacağıq.

"Yanğının baş verdiyi mərtəbəyə qalxdıq. Aşağı mərtəbələrdə yanğının fəsadları görsənməsə də, yuxarı qalxdıqca divarların hislə örtüldüyünü, tüstünün isə hələ də qaldığının şahidi olduq. Yüklərlə yuxarı mərtəbələrdən düşən iki azyaşlı uşağı da danışdırdıq. Onlar bildirdilər ki, yanğın zamanı yatılı olublar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər onları xilas edib. Hazırda sağlıqla bağlı hər hansı bir problemlərinin olmadığlarını bildirdilər.

8-ci mərtəbədə yaşayan Arzu xanım isə yanğın zamanı qızının tüstüdən zəhərləndiyini, həkimlərin nəzarətində olsa da, durumunun yaxşı olmadığını bildirdi. Yanğının baş verdiyi ərazi isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.

Musavat.com olaraq, yanan binadan fotoları təqdim edirik:

Elçin Əkbərov,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar