Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Təxribat: Ermənilər Araz çayını zəhərləyir

15-11-2019, 17:32   


Təxribat: Ermənilər Araz çayını zəhərləyir

İran Azərbaycanında sosial mediada paylaşılan video və şəkillərdə Araz çayının suyunun yaşıl rəng aldığı bildirilir. 

Bəzi sosial şəbəkə istifadəçiləri Araz çayının rəng dəyişmə səbəbini Ermənistan sənayesinin tullantılarını bu çaya axıtması il əlaqələndirirlər.

Xatırladaq ki, Biləsuvar və Parsabad rayonlarının İran parlamentindəki millət vəkili Şəkur Purhüseyn 3 il öncə bölgədə xərçəng xəstəliyin çoxalmasının səbəbini Ermənistan sənayesinin kimyəvi tullantılarını Araz çayına axıtması nəticəsində baş verdiyini bildirmişdir.

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan bu məsələni beynəlxalq müstəviyə çıxarmalıdır:

“Azərbaycan ilə Ermənistan müharibə şəraitindədir. Biz nə qədər etiraz etsək də, Ermənistan tərəfi bunu eşitməyəcək. Amma İranın etirazı fərqlidir. Çünki İranla Ermənistan tərəfdaş ölkədir. İran tələb etməlidir ki, çayımızı niyə zəhərləyirsiz? Eyni zamanda bu İranın ekologiyasına və şirkətlərinə də ziyan vurur.

Hazırda bəzi iranlı millət vəkilləri bu məsələni gündəmə gətirsələr də, bu dövlət siyasətinin tərkib hissəsinə çevrilmir ki, Ermənistanın qarşısında qaldırılsın. Bizim isə edə biləcəyimiz iş bu məsələni beynəlxalq müstəviyə çıxarmaqdı. Necə ki, bir zaman “Metsomor” Atom Elektrik Stansiyası məsələsini qabartmışdıq ki, oradakı tullantılar çaya axıdılır. Köhnə avadanlıqlardan təşkil olunan bu stansiyanın zərəri yalnız Ermənistana deyil, bütün region dövlətlərinə dəyəcək. Azərbaycan indi də Arazın çirklənməsi ilə bağlı məsələni beynəlxalq ekoloji təşkilatlara çıxartmalıdır. Bunun qarşısını almaq lazımdır”.

Əli Bədir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar