Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Seymur Həzinin həbs müddəti bitib

16-11-2019, 21:22   


Seymur Həzinin həbs müddəti bitib

 Jurnalist artıq azadlıqdadır
Jurnalist Seymur Həziyə verilən 30 sutkalıq həbs cəzasının müddəti bitib. Seymur Həzi azadlığa çıxıb. Məlumatı onun həyat yoldaşı Nigar Həzi verib. Seymur Həzi oktyabrın 17-də həbs olunmuşdu. Səbəb kimi onun metronun "Əhmədli” Stansiyasının yaxınlığında telefonda kiməsə yüksək səslə söyüş söyməsi göstərilmişdi. İddialara görə, bu zaman polis əməkdaşları ona irad bildirib, intizama dəvət etsələr də, Seymur Həzi onların göstərişinə əməl etməyib, müqavimət göstərib.
Seymur Həzi isə bildirir ki, o, həyat yoldaşını gözləyərkən mülki geyimli üç nəfər onu tutub, 34-cü polis bölməsinə, oradan da Xətai Rayon Məhkəməsinə aparıb. Xətai Rayon Məhkəməsinin 17 oktyabrda çıxardığı qərarla əvvəlcə 15 sutkalığa həbs olunub. Lakin Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədov sözügedən qərardan apelyasiya şikayəti verib və Seymur Həzinin cəzasının sərtləşdirilməsini istəyib.
Həmin apelyasiya şikayətinə oktyabrın 29-da Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrliyilə keçirilən prosesdə S.Həzinin həbs müddəti 30 sutkaya qaldırılmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar