Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TÜRKİYƏ ABŞ-a HANSI MƏSAFƏYƏDƏK GÜVƏNƏ BİLƏR? –Ankara-Vaşinqton münasibətlərində "qırılma nöqtələri"... - TƏHLİL

18-11-2019, 16:31   

Fikrət Bila

“T24”, Türkiyə, 18 noyabr 2019-cu il

 

Prezident  Tayyib Ərdoğanın Ağ Ev ziyarəti zamanı və ondan sonra ABŞ Prezidenti Trampla dostluğuna çox sıx şəkildə vurğu edildi.

Tramp Prezident Ərdoğana yönəlik “Heyranıyam” deyərkən, Prezident Ərdoğan da Trampa “Hörmətli dostum” ifdəsiylə müraciət etdi.

Lakin qarşılıqlı dostluq vurğularına baxmayaraq, zirvə görüşündən çıxan nəticələrdə ABŞ-ın Türkiyəyə dostca yaxınlaşdığına dair bir əlamət yox idi. Ən azı, Ərdoğan-Tramp dostluğunun qərarlarda əks olunduğu söylənə bilməzdi. Hətta Tramp Məzlum Kobani ilə bağlı verilən sualı cavablandırarkən, “Onunla da danışırıq, sizin prezidentinizlə də danışırıq” kimi xülasə edilə biləcək bir cavab verdi. Sanki Türkiyə ilə PKK-YPG bərabərdir…

Müttəfiqlik baxımından yanaşılarsa, ABŞ-ın Suriyada müttəfiq olaraq gördüyü Türkiyə deyil. Trampın da sıx-sıx ifadə etdiyi kimi, müttəfiq PKK-YPG-dir.

Bu da göstərir ki, liderlər arasındakı dostluq dövlətlər arasında dostluq və müttəfiqlik qurmağa yetmir. Qaldı ki, Trampın Ərdoğana göndərdiyi məktub da həm forma, həm də məzmun baxımından, heç dostca deyildi.

Ərdoğanın son Ağ Ev ziyarəti bir daha göstərdi ki, ABŞ-la münasibətləri sadəcə Prezident Trampla münasibətlər səviyyəsinə endirmək doğru davranış deyil. Ayrıca, Tramp da güvən verən, ələlxüsus da Türkiyənin güvənə biləcəyi bir lider deyil. Bu səbəblə, liderlərarası münasibətləri problemləri həll edəcək bir açar kimi görmək aldadıcıdır. Eynilə Özal-Buş dostluğunda olduğu kimi…

Dövlətlərarası münasibətlərin sadəcə liderlər arasında deyil, dövlət qurumları arasında da qurulması və işlək bir mexanizmə sahib olmasının önəmi Prezident Ərdoğanın Ağ Ev ziyarətində bir daha ortaya çıxdı.

Əlbəttə ki, Türkiyə ilə ABŞ arasındakı ikitərəfli münasibətlər qurumlararası dialoqların da məsələsidir. Ancaq Türkiyədə, xüsusən prezidentlik üsuli-idarəsinə keçiddən sonra, bir çox qurumun səmərəliliyi və operativliyinin təməldən sarsılması qurumlararası münasibətlər yerinə, liderlərarası münasibətləri önə çıxardıVə bu durumun Türkiyənin lehinə nəticələr verdiyini söyləmək üçün optimist olmaq lazımdır.

Ayrıca, ABŞ-ın İngiltərə və İsraildən başqa, sabit dostluq münasibətlərini davam etdirdiyi üçüncü bir ölkənin olmadığını da unutmamaq lazımdır.

 

Qırılma nöqtələri

 

NATO-dakı 67 illik müttəfiqlik münasibətlərinin Kipr Sülh Hərəkatından (20 iyul-18 avqust 1974-cü il – tərc.) sonra ABŞ-ın hərbi və iqtisadi embarqosu ilə aldığı zərbənin yaratdığı mənfi təsirləri ortadan qaldırmaq illər aldı.

Türkiyə-ABŞ münasibətlərində ikinci və daha böyük qırılma nöqtəsi 01 mart 2003-cü il tarixli qərarın (qərar layihəsinin TBMM-də – tərc.) rədd edilməsidir. TBMM-in bu qərarından sonra Türkiyə-ABŞ münasibətləri sürətlə “yüksəklik itirməyə” başladı.

Türkiyənin bu qərarından sonra, 04 iyul 2003-cü ildə (ABŞ-ın Müstəqillik Günü) Şimali İraqda ABŞ hərbçiləri basqın edərək türk hərbçilərinin başına çuval keçirdi. Bu həmlə həm hökumətlərarası, həm də hərbçilərarası münasibətlərə çox ağır zərbə vurdu.

ABŞ bununla kifayətlənmədi, 2007-ci ildən etibarən başlayan “Ergenekon” və “Balyoz” kimi məhkəmə işlərilə Türkiyə Silahlı Qüvvələrində (TSQ) yaşanan çox böyük miqyaslı “neytrallaşdırma işi”ni idarə edən FETÖ-nün arxasında durmağa davam etdi. Bu dəstək 15 iyul 2016-cı il qanlı çevriliş cəhdi zamanı və sonrasında da davam etdi. Bu gün də davam edir.

ABŞ Türkiyənin dünyəvi dövlət quruluşu, ərazi bütövlüyü və milli birliyi baxımından davamlılıq problemi olaraq gördüyü iki terror təşkilatına (PKK-YPG və FETO – tərc.) verdiyi dəstəyi kəsmədikcə, onun ölkəmizlə olan “dostluğu” sorğu-sual edilməlidir.

Bu olmadıqca, Ağ Evdə kim oturursa-otursun, Türkiyənin ABŞ-a güvənməsi və iki ölkə münasibətlərinin dostluq və müttəfiqlik münasibətlərinə çevrilməsi çox çətindir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar