Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Savədə etirazçı qadın İran təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü – VİDEO

18-11-2019, 16:34   

İranın təhlükəsizlik qüvvələri Mərkəzi əyalətin Savə rayonunda benzinin bahalaşmasına etiraz edən cavan qadını qətlə yetiriblər.

Videoda göründüyü kimi, həmin cavan qadın hərəkətsiz halda yerdə uzanıb və onun ağzından qan gəlir. İnsanların qadının həyatını xilas etmək üçün göstərdikləri bütün təlaşlar nəticəsiz qalır.

Etirazçıların dediklərinə əsasən, qadın polislərin insanların üzərinə hücumu nəticəsində ölüb.

Qeyd etmək lazımdır ki, son 3 gündə keçirilmiş etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinin insanlara atəş açması nəticəsində onlarla etirazçının öldüyü deyilir. İranda internet məhdudlaşdırıldığından, hələ ki, ölən və yaralananların dəqiq statistikası ilə bağlı məlumat yoxdur.

“Dini lider” Əli Xamneyi ötən gün etdiyi çıxış zamanı etirazlarda bir neçə nəfərin öldürüldüyünü təsdiqləmişdi.

/GünAz TV/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar