Ana səhifə

RUSİYA ƏSƏD VƏ DİGƏR NÜFUZLU AİLƏLƏR ÜÇÜN SON LİMANA ÇEVRİLİR –Suriya elitasının çirkli pul yuma üsulları

    Tarix: 18-11-2019 17:30   

“Əl-Ərəbiyyə”14.11.2019

 

Suriya rejiminin sanksiyalardan yayınmağında Rusiyanın rolu prezident Bəşər Əsədin dayısı uşaqlarının Moskvada 40 milyon dollar dəyərində mənzillərə sahib olduğu bilindikdən sonra yenidən gündəmə gəlib.

İddialar Suriyanın ən vrlıa ailəsi olan Məxluflarla bağlıdır.

“Global Witness”-in hesabatına görə, 2011-ci ildə, müharibə başlamazdan əvvəl Məxluflar ölkə iqtisadiyyatının 60 faizini idarə edib. Lakin sonralar aktivləri və İsveçrə bank hesabları dondurulub, Avropa vizaları ləğv edilib, buna görə də, onlar var-dövlətlərini qorumaq üçün yeni metodlara müraciət etmək məcburiyyətində qalıblar.

Məxluf ailəsi üzvlərinin Moskvanın məşhur ” City of Capitals” kompleksində ən azı 19 elit mənzil əldə etməsi onların sanksiyalardan yayınma iddialarını doğurub.

Keçmiş suriyalı diplomat Bəssam Bərəbəndi “əl-Ərəbiyyə”yə sərmayələrini Rusiyanın gətirmə müqabilində Moskvanın Məxluflara pulun yuyulmasına kömək edə biləcəyini bildirib.

“Rusiya böyük bazardır və Məxluf ailəsi kimi qruplar tərəfindən idarə olunur. Beləliklə, Əsədin pullarının Rusiyaya daxil olmasını asanlaşdırmaq üçün Rusiya hökuməti üçün tərəfdaş tapmaq çətin deyil”.

Əsədin dayısı oğlu Hafiz Məxluf da bu qəbildəndir. 2011-ci ildə yüksək səviyyəli kəşfiyyat məmuru vəzifəsində olduğu müddətdə “nümayişçilərə qarşı zorakılıqda” iştirakına görə Avropa İttifaqı onu sanksiya siyahısına daxil edib. “Global Witness” xəbər verir ki, sanksiyalara baxmayaraq, Məxluf ailəsinin üzvləri arasında məhz o, Moskvada daha çox mənzil ala bilib.

Rusiyanın bir sıra əmlak şirkətlərinə sahib olan Hafiz Məxluf əmisi oğlu Məhəmməd Abbasın sahibi olduğu Livan firması “Nylam SAL Offshore”-dan kredit götürüb.

2018-ci ildə Məxluf öz Rusiya şirkətlərindəki səhmlərini, “Nylam” ilə eyni səhmdarları və direktorları olan Livan şirkəti “Briana SAL Offshore”-yə verib, beləliklə, öz iştirakını pərdələyib.

Razılaşma Suriyadan Rusiyaya və əksinə, pul köçürmək üçün banklarda bəhanə kimi istifadə edilə bilər.

Hafiz Məxlufun böyük qardaşı və Suriyanın ən varlı adamı Rami də ölkədəki çirkli pulların yuyulması üçün eyni ailə sxemində iştirak edir və arvadı “City of Capitals”-da bir neçə mənzil alıb.

Rami Məxluf Suriyanın ən böyük mobil provayderi “Syriatel”, həmçinin neft, qaz və aviasiya sahələrində maraqları olan bir neçə holdinq şirkətindəki aktivlərə sahibdir.

Hər iki Məxluf qardaşlarına ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya verilib. 2011-ci ildə ABŞ Maliyyə Nazirliyi Suriya prezidentinə, 9 vəzifəli şəxsə və insan haqlarının pozulması, Suriya xalqına qarşı repressiyalar, habelə korrupsiya ilə əlaqəli bir sıra Suriya şirkətlərini sanksiya siyahısına daxil edib.

ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, sanksiyalar Suriya rejimini və Əsədin insan haqlarını pozmasına imkan verən digər şəxslərin hamısını, Hafiz və Rami Maxluf da daxil olmaqla, maliyyələrini hədəfə almaq üçün nəzərdə tutulub.

2017-ci ildə “Livanın və ya onun demokratik proses və qurumlarının suverenliyinə xələl gətirdiyinə görə” Hafiz Məxlufa ikinci dəfə sanksiya tətbiq edilib.

 

Rusiya: “Alternativ təhlükəsiz sığınacaq”

“Global Witness” təşkilatının hesabatına görə, Rusiya Suriya rejiminin çirkli pullarını yuymaq və sanksiyalardan yayınmaq üçün “alternativ təhlükəsiz sığınacaq” kimi fəaliyyət göstərir.

“Görünən budur ki, Suriya rejimi Moskvanı alternativ sığınacaq və bəlkə də qazandıqları pulun daha geniş maliyyə sisteminə girməsi üçün potensial qapı kimi istifadə edib”, – deyə hesabatda bildirilir.

Bərəbəndi izah edib ki, ölkənin mühiti və Moskva-Dəməşq siyasi müttəfiqliyi potensial sövdələşmə ilə birlikdə Rusiyanın Məxluflar kimi ailələrə imkanlar yaratması deməkdir.

“Suriya rəhbərliyinin varlılarını iqtisadi sanksiyalardan etibarlı şəkildə Rusiyaya getməyə təşviq etmək üçün Rusiya rəhbərliyinin siyasi iradəsi, Rusiya maliyyə sisteminin korrupsiya fenomeni bir çox insana kömək edir. İqtidarda və Rusiyaya yaxın olanlar pullarını yuymaq və ya Rusiya bazarlarında saxlamaq üçün bundan istifadə edirlər”.

“Global Witness”-in hesabatı göstərir ki, eyni zamanda, Rusiya bankları da Suriya rejiminin əməliyyatlarını asanlaşdırmasına kömək edir. Ölkənin ən böyük bankı “Sberbank” əvvəllər Maxlufa məxsus əmlak şirkətlərindən ən azı birinə bank xidmətləri göstərib.

“Suriyadan pul yuymaq üçün əmlakdan istifadə asan bir sövdədir, lakin Məxluf ailəsi və digərləri pul izlərini başqa, daha qaranlıq üsullarla gizlədə bilər, – Bərəbəndi qeyd etdi. – Rusiyadakı mənzilləri mülk olduqları üçün tapmaq olduqca asandır, ancaq gizlədilməsi daha asan olan bir çox başqa ticarət sövdələri var. Ticarət və ya xidmət göstərən şirkətlərə sahib olmaq kimi”.

Tərcümə: Strateq.az

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net