Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kirayə qaldığı mənzili almaq istəyənlər üçün VACİB XƏBƏR – Tarix açıqlandı

21-11-2019, 14:46   

Bu il yanvarın 25-də Prezident İlham Əliyevin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanı ilə bağlı işlər yekunlaşmaq üzrədir.

İpoteka və Kredit Zəmanəti Fondundan “Qafqazinfo”ya bildirib ki, artıq kirayə mexanizminin işə düşməsi üçün zəruri işlərin əksəriyyəti həll edilib.

Dekabrın ortalarında mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün sənəd qəbuluna başlanılacaq.

Bununla bağlı öncədən ictimaiyyətə məlumat veriləcək. Vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edəcəklər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar