Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İngiltərə kral ailəsində cinsi istismar qalmaqalı - Kraliça II Yelizavetanın oğlu istefa verdi

21-11-2019, 16:04   


İngiltərə kraliçası II Yelizavetanın şahzadə Endrü adının cinsi istismar cinayətlərində səsləndirilməsindən sonra tutduğu bütün vəzifələrdən istefa verib.

Avropa.info xəbər verir ki, şahzadə Endrü yaydığı bəyanatda “Cefri Epşteyn ilə köhnə münasibətlərimizin ailəmin işlərinə və dəstək verməkdən fəxr hissi keçirdiyim xeyriyyə fondlarının, təşkilatların işlərinə mane olmağa başladığını gördüm. Bu səbəbdən kraliçadan ictimai işlərdən istefa verməyim üçün icazə istədim, o, da izn verdi” deyib.

Epşeteyn ilə dostluğunu “düşüncəsiz hərəkət” adlandıran Endrü “İntiharı, xüsusilə qurbanları haqda ünvanlanan bir çox sualı cavabsız qoydu” deyib. Endrü ehtiyac olduğu təqdirdə könüllü işlərdə fəaliyyət göstərə biləcəyini bildirib.

Qeyd edək ki, qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə həbs olunan Epşteyn avqust ayında intihar etmişdi. Amerikalı milyarder Cefri Epşteynin yaxın dostu olan Endrü kral ailəsinin 200-dən çox xeyriyyə fondunun himayədarı idi.

Şahzadəyə qarşı Epşteynlə dost olduğu müddətdə azyaşlı qızlarla münasibətdə olmaq ittihamları səslənirdi. İngiltərə mətbuatı son aylar Endrünün Epşteynlə dostluğunu əks etdirən müxtəlif video və fotolar yaymışdı. Fotolarda Endrü haqqında iddialar səsləndirən qadın da var idi.

Kraliça II Yelizavetanın oğlu Endrüdən tutduğu vəzifələrdən istefa vermişdi.

ABŞ-da qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan milyarder Epşteyn 10 avqust tarixində saxlanıldığı Nyu-York Manhetten həbsxanasında ölü tapılmışdı. Epşteynin intihar etdiyi bildirilmişdi.

66 yaşlı Cefri Epşteyn ən kiçiyi 14 yaş olmaqla 14-18 yaş arası onlarla qız uşağını cinsi istismar etmək və fahişəliyə cəlb etmək ittihamı ilə mühakimə olunurdu.

Epşteynin şahzadə Endrü ilə yanaşı ABŞ prezidenti Donald Tramp və sabiq ABŞ prezidenti Bill Klinton yaxın dostluğu gündəmə gəlmişdi.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar