Ana səhifə

Azərbaycanın yeni Ombudsmanı seçildi

    Tarix: 29-11-2019 12:52   
 
Milli Məclis Azərbaycan Respublikası Ombudsmanını seçmək proseduruna başlayıb.
Axar.az xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Bahar Muradova məlumat verib.
O deyib ki, 15 noyabr 2019-cu ildə Azərbaycan Prezidentinin imzası ilə parlamentə məktubu daxil olub:
“Məktubda cənab Prezident insan hüquqları üzrə müvəkilin seçilməsi üzrə namizədlərini təqdim edib”.
İnsan hüquqları komitəsinin sədri B.Muradova əlavə edib ki, komitə ombudsmanlığa təklif edilən şəxslərin namizədliyinə baxıb və bunu parlamentin plenar iclasına təqdim edib:
“Komitədə biz bu haqda müzakirələr apardıq. Namizədlər cəmiyyətdə tanınan insanlardır və onların hər biri şəxsi keyfiyyətlərinə görə, bu vəzifəni tuta bilər.
Namizədlər Əliyeva Səbinə, Əliyeva Kəmalə, Kəmalə Abiyevadır. Bu şəxslərin hər biri ombudsman seçilməyə layiqli şəxslərdir".
Qeyd edək ki, hazırkı ombudsman Elmira Süleymanovanın 82 yaşı var və onun səlahiyyətləri 2017-ci ildə bitib.
Hazırda müzakirələr gedir.
***
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) məlum olub.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net