Ana səhifə

İran etirazlarında azı 161 nəfər ölüb – Amnesty International

    Tarix: 30-11-2019 07:44   
 

Amnesty International təşkilatının dərc etdiyi fotoplakat

Amnesty International beynəlxalq insan haqları təşkilatı ötən həftə İranın 100-dən çox şəhərini bürümüş etirazlarda ölü sayına dair özünün verdiyi məlumata düzəliş edib.

Təşkilat bildirib ki, bu etirazlarda azı 161 nəfərin öldüyü təxmin edilir. Bundan əvvəlki rəqəm 143 idi.

Londonda yerləşən təşkilat əlavə edib ki, “real ölü sayı çox güman bundan əhəmiyyətli dərəcədə çoxdur”.

Yanacaq qiymətlərinin bahalaşması ilə bağlı başlanmış etiraz aksiyalarına qarşı hökumət tədbirlərinin miqyası hələ də naməlum olaraq qalır.

Bu həm də onunla bağlıdır ki, etiraz günlərində İran hakimiyyəti ölkə internetinə girişi tamamilə bağlamışdı.

Hökumət indiyədək noyabrın 15-də başlamış etirazlarda nə qədər insanın öldüyü barədə rəsmi məlumat verməyib.

Noyabrın 27-də yaydığı hesabatda başqa bir insan haqları təşkilatı – Human Rights Watch (HRW) İran hakimiyyət orqanlarını repressiv tədbirlər barədə məlumatları gizli saxlamaqda ittiham edib.

Hesabatda deyilir ki, sosial mediada yayılmış video “etirazçılara odlu silahlardan atəş açıldığını aydın şəkildə göstərir”.

Bəzi mənbələr İran millət vəkillərindən, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsininüzvü Hossein Naghavi Hosseiniyə istinadən 7000 nəfərin həbs olunduğu bildirirlər.

İranın dini isteblişmenti etirazların qızışdırılmasına görə Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı da daxil xarici ölkələri ittiham edir.

azadliq.org

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net