Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Qurultaya hazırlıq üzrə TK-nin BƏYƏNATI

2-12-2019, 12:08   
      
Azərbaycan Milliyyətçi Demokrat  Partiyasının   Qurultaya hazırlıq üzrə TK-nin                                          BƏYƏNATI
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının
Qurultaya hazırlıq üzrə TK-nin
BƏYƏNATI
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının yaranması və formalaşması Azərbaycan dövlətçiliyinin bərpası və vətənin ərazi bütövlüyü uğurunda savaşla bir vaxta təsadüf edir. Azərbaycan Boz Qurd Partiyası, Azərbaycan Milli Demokrat Partiyalarının siyasi ideoloji varisi olan Azərbaycan Milliyyətçi Demokrat Partiyası, vətən torpaqlarının müdafiəsi yolunda Şəhid , Qazi olan vətən oğullarının yadigarı kimi bilinən bir siyasi quruluşdur. Lakin iqtidarın ölkənin siyasi həyatını, siyasi instutlarını iflic edən siyasəti AZ.MDP-nin fəaliyyətindən yan keçməmiş, zaman-zaman Partiya təqiblərə məruz qalmış, hətta bütün partiya rəhbərliyi həbs edilmişdir. Partiyanın bir qolu, iqtidar komandasında təmsil olunan mənfəətçi, bölüçü şəxslərin konyuktur istəklərinin qurbanına çevrilərək parçalanmış, Azərbaycan dövlətinin, Azərbaycan millətinin çıxarlarına, Partiyanın ideoloji məfkurəsinə zidd fəaliyyətlərdə istifadə edilmişdir və edilməkdədir.
Faktiki olaraq Az,MDP-nin siyasi fəaliyyəti 6 ilə yaxındır ki, iflic edilib, qurultaya hazırlıq məsələlərinə məsul olan Təşkilat Komitələri faktiki fəaliyyət göstərməməklə yenə də siyasi konyukturanın istəyinə tabe edilmişdir.
Ölkənin siyasi həyatında baş verən hadisələr, yaranmış narahat dövr, bizlərdən daha təşkilati və dinamik hərəkət, partiya üzvüləri ilə funksional əlaqələrin olduğu bir fəaliyyət tələb edər. Partiyanın TK-də təmsil olunan qurucu şəxləri, uzun illər partiyanın idarəçiliyində rol alan, Partiya funksiyanerləri, Qazilər və Qarabağ savaşının iştirakçıları bu gün, 01 dekabr 2019-cu il tarixində toparlanaraq, Az.MDP-nin Qurultaya hazırlıq üzrə birləşdirici TK –nin yarandığını, Dövlətimizin ərazi bütövlüyünün bərpası, milli çıxarları, demokratiya və ədalət uğurunda mübarizədə digər milli siyasi güclərlə əl-ələ fəaliyyətdə olacağımızı bəyan edirik.
Tanrı Türkü Qorusun!
AZ.MDP-nin Təşkilat Komitəsi

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Qurultaya
Hazırlıq üzrə Təşkilat Komitəsi Üzvülərinin
S ı y a h ı s ı
1.Qələndər Muxtarlı (Bakı Dövlət Universiteti, Tarix Qarabağ müharibəsi veteranı)
2.Əligül Məmmədli (Qarabağ Müharibəsi veteranı)
3.Zahid Usub (Bakı Dövlət Universiteti, Tarix)
4.Nürəddin Xoca (Tarixçi, Qarabağ Qazisi)
5.Rövşən Cəfərli (Qarabağ Qazisi)
6. Əlövsət Əlvəndoglu (Qarabag müharibəsi veteranı)
7.Oktay Xəlilli (Qarabag müharibəsi veteranı)
8.Səfər Hümbətov (Qarabag müharibəsi veteranı)
9. İlqar Kazımov (Memar, Qarabağ müharibəsi veteranı)
Teref.az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar