Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“DƏRİN DÖVLƏT”LƏ PREZİDENTİN SAVAŞI ŞİDDƏTLƏNİR…-Trampa 2 milyard dollardan çox kredit vermiş bankın işçisi də "intihar etdi" - ARAŞDIRMA

4-12-2019, 13:35   

Ergün Diler

“Takvim”, Türkiyə, 03 dekabr 2019-cu il

 

Türkiyədə də “dərin dövlət”in olub-olmaması məsələsi çoxdandır ki, müzakirə olunur. Hər bir kəsin öz pəncərəsindən gördüyü fərqlidir.

Ancaq belə müzakirələr yalnız bizdə aparılmır. Müzakirə və mübahisələrin, fikir ayrılıqlarının ən böyüyü ABŞ-da yaşanır. Çünki oradakı mübahisələrin nəticəsi hər yerə, hər kəsə təsir edəcəkdir. ABŞ-ın batacağı da, çıxacağı da bu nəticələrə görə şəkillənəcəkdir.

Qəbul etmək lazımdır ki, 1945-1990-cı illər arasında yaşanan Soyuq Müharibəni hələ də anlamayan milyonlarla insan vardır. İndi gedən prosesləri anlamaq da, anlatmaq da asan deyil. Baxılmalı olan ilk ünvan Ağ Ev və Prezident Trampdır.

Məsələni bir az açaq və gedən mübarizənin mahiyyətini anlayaq. ABŞ daxili çəkişmələr yaşadığına görə, xaricə “fokuslanma”da problem yaşayır. Pentaqon ölkə xaricindəki gücünü qorumaq istədiyi halda, Tramp bunu əngəlləməyə çalışır.

Tramp Pentaqonun “dərin şəxsləri”ndən olan Hərbi Dəniz Qüvvələrinin katibi Riçard Spenserin impiçment prosesində özü ilə əlaqədar bəzi kəşfiyyat fəaliyyətləri göstərdiyini gördü. Daha doğrusu, başqa bir kəşfiyyat qurumu bunu ona çatdırdı. O da fərqli bir bəhanə ilə Spenseri istefa verməyə məcbur etdi.

Orada gedən mübarizəni bilmədən buralarda olacaq hadisələri öncədən görmək asan deyildir. Davam edək.

Pentaqonla MKİ-nin əməkdaşlığı ilə bu istefanın qarşısının alınması üçün çox önəmli bir sui-qəsd həyata keçirildi. Bu, bir qayda olaraq, izlənən yoldur. Ötən illər ərzində Trampa 2 milyard dollardan çox kredit verən Deutsche Bankın önəmli şəxslərindən biri olan Tomas Bauers 19 noyabrda evində özünü asdı. Bəli, evdə asılmış vəziyyətdə tapılan Bauers idi. Ancaq sui-qəsdi icra edən Pentaqonla MKİ-dən başqa birisi deyildi. Türkiyədə bu mövzuya bizim qəzetdən başqa toxunan yoxdur…

Prezident Trampa, ən azı, qızı İvanka və kürəkəni Kuşner qədər yaxın olan Bauersin neytrallaşdırılması Ağ Evə yönəlik ən sərt mesaj idi. Ancaq Tramp geri addım atmadı. Müdafiə naziri Esperi Ağ Evə çağıran Tramp, Riçard Spenserin dərhal istefa verməsini istədi. 25 noyabrda da Riçard Spenser istefa verdi.

Tramp, xüsusilə Pentaqonun Suriya və Aralıq dənizi ilə bağlı planlarına mane olduğu üçün hücum altındadır.

Pentaqon YPG-nin önəmli bir güc olmasının qarşısında olan yeganə maneənin Tramp olduğuna inanır. NATO sammiti öncəsi Tomas Bauersin neytrallaşdırılması və Riçard Spenserin istefa verməsi ABŞ-dakı sıxıntını açığa çıxardı. Pentaqon Trampdan NATO-da çox sərt mövqe tutmasını istəyir. Ələlxüsus Türkiyəyə qarşı daha sərt açıqlamalar gözlənilir.

Bir neçə gün öncə Riçard Spenser televiziya ekranlarına çıxdı və “Tramp ordunun iş mexanizmini hələ də anlamır. Trampın davranışı ABŞ ordusuna zərər verir” dedi.

Tramp bu açıqlamadan bir neçə gün öncə bombanın pimini çəkmişdi. O, “”Dərin dövlət”ə qarşı olan üç böyük döyüşçünün yanında durdum” dedi. Tramp son 150 ildə “dərin dövlət”ə qarşı müharibə başladan ilk ABŞ prezidentidir. Bunu da elan edirdi.

Tramp ABŞ-ın “dərin dövlət”i olaraq Pentaqonu görür. ABŞ-ın çirkli işlərinin arxasında Pentaqonun olduğuna qane olmuş durumdadır. Tramp Suriya ilə bağlı ondan istəniləni, əlbəttə, edəcəkdi. Ancaq Mattis dövründə ona əmr verməyə qalxan amerikan generalları Trampı hövsələdən çıxardı.

“Dərin dövlət” ABŞ-da həmişə olub. Gələcək əsrdə də olacaq. Bunu Tramp da bilir. Lakin o, öz iqtidar gücündən istifadə edərək, “dərin dövlət”in istədiyi hər bir qərarı verməsini əngəlləyəcəyinə inanır. Tomas Bauersin ortadan qaldırılmasına Spenserin istefaya göndərilməsi ilə cavab verdi. Halbuki Pentaqon Trampın geri addım atacağına inanırdı.

Tramp 40-a yaxın ölkəyə səfir təyin edə bilməyib. Çünki ABŞ səfirləri Pentaqon tərəfindən təyin olunurdu. Bu səbəblə, bir çox ölkəyə səfir təyin edilə bilmir.

Vaşinqtonun hər bir bucağında toqquşma halı mövcuddur. Vaşinqtondakı Dupont Circle Hoteldə olan hər kəs – jurnalistlər, iş adamları, qurd siyasətçilər mübahisə ortamındadır. Bu, Amerika tarixində heç olmamışdı. Bu qədər gərginliyin olması, təbii olaraq, Vaşinqtonun hər nöqtəsinə təsir edir. Burada yeganə günahkar olan da, əlbəttə, Tramp deyil.

Ebiqeyl Robinson Bauers Tomas Bauersin 2017-ci ildə evində öldürülən həyat yoldaşıdır. Həmin tarixdə də Tramp Suriya ilə bağlı Pentaqonla qarşı-qarşıya gəlmişdi. ABŞ hərbçilərinin Suriyada olmasını istəmirdi. Bu məsələ ilə əlaqədar olaraq da üst-üstə açıqlamalar verirdi. Yəni, Ebiqeyl Robinson Bauersin ölümü də Prezident Trampa verilən ən səssiz mesaj idi.

ABŞ-ın daxilində gedən mübarizə, təbii olaraq, hər yerə yayılıb. Və böyüyəcək. Adını bildiyimiz və bilmədiyimiz çox adamın canı yanacaq. Əvvəllər görmədiyimiz, şahid olmadığımız bir mübarizənin içindən keçirik. ABŞ daxilində gedən mübarizə çox sancılıdır. Aydındır ki, yaxınlarda mübarizə tək-tək adamlar vasitəsilə aparılmayacaq…

NATO sammitinə yaxşı baxın. Məncə, bitdikdən sonra anlamayacağımız çox şey olacaq. Yaxşı izləyin.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar