Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İran çökür, milyardlarla dollar büdcə kəsiri var - Ekspert ŞOK FAKTLARI açıqladı

4-12-2019, 15:24   



İranda benzinin bahalaşmasının səbəbi büdcə kəsiridir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri iranlı iqtisadçı Navid Cəmşidi bildirib.
“Hökumət əsas istehlak maddələrini bahalaşdıraraq və vergiləri artıraraq büdcə kəsirini xalqın cibindən qarşılamağa çalışır. Benzinin bahalaşması bu məqsədlə aparıldı. Keçmişdə də büdcə kəsiri vardı, lakin bu dəfə kuliminasiya oldu. Dövlətdə pul qalmayıb. Əvvəl əlavə valyuta çap edərək dövriyyəyə buraxırdılar. Amma bu dəfə büdcədəki kəsirin bağlanmasında bu yollar fayda verməyib” - Cəmşidi deyib.
Büdcə kəsirini yaradan səbəblərin pis idarəetmə, korrupsiya və sanksiyalar olduğunu açıqlayan ekspert İranda bu il büdcə kəsirinin 16 milyard dollara yaxın olduğunu bildirib: “Hökumət qənaət tədbirləri ilə kəsirin yarısını bağlamağı hədəfləyir. Digər yarısının 2,5 milyard dollarlıq hissəsinin də benzinin bahalaşması ilə qarşılanacağı düşünülür. Buna rəğmən, ortada hələ də 5,5 milyardlıq büdcə kəsiri var”.
Tehran hökumətinin benzinin bahalaşmasını qapalı qapılar arxasında “bişirdiyini”, xalqın təzyiqindən çəkindiyi üçün xəbəri media ilə paylaşmadığını qeyd edən Cəmşidi, prosesin doğru idarə edilmədiyini diqqətə çatdırıb: “ABŞ prezidenti Donald Tramp haqqındakı impiçmentlə məşğul ikən, rəsmi Tehran hərəkətə keçdi. Ehtimal olunan küçə iğtişaşlarının qarşısını almaq üçün təhlükəsizlik qüvvələrini əvvəldən hazırladı və bahalaşma xəbərinin açıqlanması qarın yağması ilə bərabərləşdirildi. Prezident Həsən Ruhani bahalaşmadan əldə olunan gəlirin kasıb təbəqəyə paylanacağını açıqlayıb. Bu bahalaşma qiymətlərin və inflyasiyanın kəskin şəkildə artmasına səbəb olacaq. İran Mərkəzi Bankının bahalaşmanın inflyasiyaya təsirinin 4 faiz civarında olacağını əks etdirən açıqlaması həqiqət deyil. 1979-cu il inqilabından bəri nə zaman bahalaşma olsa, bunun kasıblar üçün edildiyi açıqlanır. Lakin hər dəfə bahalaşmadan ən çox zərər görən elə kasıb təbəqə olub”.
Qeyd edək ki, ABŞ nüvə razılaşmasından çıxdıqdan sonra İrana iqtisadi və maliyyə sanksiyaları tətbiq edir. Buna bağlı olaraq iqtisadiyyatı çökən İran, benzini 3 qat bahalaşdırıb. 15 noyabrdan etibarən küçələrə axışan xalq bankları, benzin stansiyalarını və marketləri yandırır. Aksiyalar zamanı 208 nəfər ölüb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar